Xəbər Türk futbolçu rəqibi dişlədiyi üçün cəzalandırıldı

Türk futbolçu rəqibi dişlədiyi üçün cəzalandırıldı

Müəllif: Xeberim.az on in İdman
1st Image
"Seltik"in yeni transferi Nadir Çiftçi 6 oyunluq diskvalifikasiya ilə cəzalandırılıb.

Xeberim.Az goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı türkiyəli hücumçu ötən mövsüm "Dandi Yunayted"lə matçda rəqib futbolçu Cim Makalisterin ayağını dişləyib. Çiftçi meydandan qovulmasa da, mövsümün son 2 oyununu buraxmalı olmuşdu.

Qeyd edək ki, bu yay türk futbolçu 1,5 milyon qarşılığında "Seltik"ə tranfer olunub.