Xəbər Qonşuların davasında qan töküldü, ata və oğlu bıçaqlandı

Qonşuların davasında qan töküldü, ata və oğlu bıçaqlandı

Müəllif: Xeberim.az on in Hadisə
1st Image
Gəncədə qonşular arasında dava bıçaqlanma ilə nəticələnib.
Xeberim.Az APA-ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Ramil Əliyevlə 1973-cü il təvəllüdlü Rəhman Qənbərov arasında mübahisə yaranıb.
 
Rəhmanın oğlu Elnur da mübahisəyə qoşulub və onlar birlikdə Ramili döyülərək müxtəlif bədən xəsarətləri yetiriblər.
 
Ramil isə onu döyən ata və oğulu bıçaqlayıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə dalaşan şəxslər sərxoş olublar.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.