Xəbər Fransa Superkuboku, əla qollar! - VİDEO

Fransa Superkuboku, əla qollar! - VİDEO

Müəllif: Xeberim.az on in İdman
1st Image
Ötən gecə Fransada superkubok matçı keçirilib.

Qol.az-ın məlumatına görə, həlledici görüşdə ötən mövsüm Fransa liqasının qalibi PSJ və ölkə çempionatının gümüş mükafatçısı "Lion" üz-üzə gəlib.

Fransada maraqla gözlənilən bu oyun Paris təmsilçisinin qələbəsi ilə başa çatıb. İlk hissədə iki qol vuran PSJ tarixində 5-ci dəfə superkuboka yiyələnib.

Qeyd edək ki, PSJ ötən mövsüm həm Fransa Liqasını, həm də ölkə kubokunu qazandığı üçün superkubokda iştirak hüququ ölkə çempionatının gümüş mükafatçısı olan "Lion" əldə edib.

1 avqust

Fransa superkuboku

00:00. PSJ - "Lion" - 2:0
Qollar: Aurier, 11 (1:0), Kavani, 17 (2:0)
Qırmızı vərəqə: Qonalons, 63 ("Lion")