Xəbər Güləşçi qızlarımız dünya çempionatının ilk günündə 2 qızıl və 1 bürünc medal qazanıblar

Güləşçi qızlarımız dünya çempionatının ilk günündə 2 qızıl və 1 bürünc medal qazanıblar

Müəllif: Xeberim.az on in İdman
1st Image
Braziliyanın Salvador şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir. Çempionatda güləşin hər üç növü üzrə Azərbaycan yığma komandası da iştirak edir

AZƏRTAC xəbər verir ki, yarışların üçüncü günündə 44, 51, 59 və 67 kiloqram çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulublar. Güləşçilərimiz günü 2 qızıl və 1 bürünc medalla başa vurublar.
Türkan Nəsirova (44 kq) ardıcıl olaraq Türkiyə, Belarus, Qazaxıstan və Yaponiya təmsilçilərini məğlub edərək dünya çempionatının qızıl medalını qazanıb.
Çempionatda 51 kiloqram çəki dərəcəsində təmsilçimiz Leyla Qurbanova da qızıl medala sahib olub. O, Meksika, Yaponiya, Rusiya və Ukrayna güləşçilərinə qalib gəlib.
Yarışda 67 kiloqram çəki dərəcəsində Elis Manolova yarımfinala kimi inamla irəliləsə də, yaponiyalı idmançıya məğlub olub. Bürünc medal uğrunda görüşdə Norveç idmançısına qalib gələn E.Manolova mundialın bürünc medalını qazanıb.
Dünya çempionatının ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq çempionatı komanda hesabında ikinci sırada başa vurub.