Xəbər Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək Kikboksinq üzrə dünya çempionatında ölkəmiz təmsil olunacaq.

Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək Kikboksinq üzrə dünya çempionatında ölkəmiz təmsil olunacaq.

Müəllif: Xeberim.az on in İdman
1st Image
Kikboksinq üzrə millimiz oktyabr ayında böyüklər arasında keçiriləcək dünya çempionatına hazırlaşır.

Dünya və Avropa çempionu,(dünya kubokunun sahibi), Əməkdar məşqçi, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin baş məşqçisi, kapitan rütbəli Fuad Zeynalovun verdiyi məlumata əsasən, yarış lowkick, K1 və kick-light üslublarda keçiriləcək. Milli komandamız geniş heyyətlə böyüklərin baş məşqçisi Elşən Abdulrəhimov, gənclər və yeniyetmələrin baş məşqçisi Ehram Məcidov, DIN IC məşqçisi Hikmət Hacıyev, həmçinin Quba Olimpiya IK məşqçisi Telman Məhərrəmov, Azərbaycan Kikboksing Federasiyasının Vitse Prezidenti Güloglan Cabbarov və Milli komandanın rəisi Sadıx Bağırovla birlikdə bu yarışa qatılacaqdır. Milli komandamıza ümumi rəhbərlik AKF nin Prezidenti, millət vəkili Adil Əliyev tərəfindən həyata keçirləcək. Milli komandamız oktyabr ayının 24-də Belgrad şəhərinə yola düşəcəkdir. Qeyd edək ki, tanınmış idmançılardan olan Eduard Məmmədov, Ramal Aslanov, Ramiz Məmmədov, Emil Mövsümzadə, həmçinin Xəyal Əhmədov, Zamiq Atakişiyev, Ağalar Sadikzadə Zöhrab Əzimov və Fuad Zeynalov bu yarışa qatılacaq. Son illərdə idman sahəsində qazanılan uğurlara görə bütün idmançıları və idmansevərləri təbrik edirəm. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, idman sahəsində də misilsiz uğurlar qazanılmışdı. Azərbaycan Kikboksinq Federasiyası komandanın normal hazırlaşması üçün lazımi şərait yaratmışdı. Xüsusən də Sərhəd qoşunlarının komandanı, general-leytenant Elçin Quliyevə minnətdarlığımı bildiriəm. Biz idmançılara yaradılan şəraitin nəticəsində mən və digər idmançılarımız çox möhtəbər yarışlarda öz sözümüzü deyərək, Azərbaycan bayrağını yüksəltmişik.