Xəbər DEPUTAT SEVİNC FƏTƏLİYEVA:"HƏR BİR QADIN ÜÇÜN UĞUR FORMULASI FƏRQLİDİR"

DEPUTAT SEVİNC FƏTƏLİYEVA:"HƏR BİR QADIN ÜÇÜN UĞUR FORMULASI FƏRQLİDİR"

Müəllif: Xeberim.az on in Müsahibə
1st Image
TƏRCÜMEYİ- HAL

1979- cu ildə Bakıda anadan olub. 160 N-li orta məktəbi bitirib və 1996-2000 –ci illər Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsini , 2000-2002-ci illərdə isə həmin təhsil olcağının  maqistratura pilləsini bitirib. 2003-cü ildən Bakı Slavyan Universitetində (BSU) çalışır. 2006-ci ildən BSU- nun İngilis filologiyası kafedrasının müdiri vəzifəsində işləyir. Filolgiya elmləri  namizədidir. 2010- cu ildən IV çağırış Milli Məclisin deputatıdır.  2010-cu il – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, 2010-cu il – Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, 2012 – 2013-cü illər – MDB Parlamentlərarası gənclər Assambleyasının 1-ci əlaqələndiricisi, 2014-cü il – Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədr müavini, 2015-ci il – AŞPA-nın Avropa sosial xartiyası üzrə alt-komitəsinin sədr müavini, 2015-ci il – AŞPA-nın uşaq məsələləri üzrə baş məruzəçisi, 2015-ci il – Yeni Azərbaycan Pariyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri  təyin edib. Evlidir, iki övladı var.

Seçkilərin gedişatı haqqında nə deyə bilərsiniz?

Hər bir dövlətdə olduğu kimi Azərbaycanda da seçkilər demokratiyanın səviyyəsini nümayiş etdirən bir hadisədir. Seçkilərdə  bir sıra partiyadan namizədlərin iştirak etməsi Azərbaycanda demokratik inkişafın zaminidir. Seçkilərdə, xüsusilə parlament seçkilərində hər bir tərəfə müəyyən öhtəliklər düşür:

  • siyası partiyalara layiqli namizədləri irəli sürmək;
  • namizədlərdən həm partiyanın, həm də seçicilərin etimadını qazanıb doğrultmaq.

Seçicilərin üzərinə isə seçkilərdə fəal iştrak edərək, xalqın və dövlətin inkişafı naminə, ən layiqlı namizədlərə dəstək olub, düzgün seçim etmək öhdəliyi düşür.

Düşünürəm ki, həm partiyalar, həm də namizədlər kifayət qədər öz öhdəlik və vəzifələrini yerinə yetirir. Son söz seçicilərindir.

Seçicilərinizlə tez- tez görüşmək imkanınız olurmu?

Ötən beş il ərzində mən çalışmışam seçildiyim dairədən Suraxanı rayonunun bütün tədbirlərində iştrak edim. Beynəlxalq münasibətlər istiqamətində çalışdığım üçün tez- tez xarici səfərlərdə olmağıma baxmayaraq, mütəmadi olaraq qəbullar keçirmişəm, fərdi şəkildə sakinlərlə görüşüb, onların müraciət və xahişlərini yerinə yetirmişəm. Bu illər ərzində Yeni Azərbaycan Partiyası Suraxanı rayonu təşkilatında bizim qərargahımız fəaliyyət göstərib.

Seçicilərinizin promlemlərini lazım olan ünvanlara çatdırdığınız zaman hər hansı xoşagəlməz halla qarşılaşmısınızmı?

Millət vəkilin əsas vəzifələrindən biri də seçicilərin müraciətlərini müvafiq qurumlara çatdıraraq onların həlli naminə çalışmaqdır. Ölkəmizdə aparılan quruculuq işləri bütün sahələri əhatə edir. Müəyyən məsələlər artıq öz həllini tapıb, diğərləri isə dövlət proqramlarda öz əksini tapır.

Bildiyimiz qədər Milli Məclisdə gənc millət vəkilisiniz. Gənc olmağınızın hər hansı müsbət və ya yaxud mənfi halları ilə qarşılaşmısınızmı?

Mən həmişə deyirəm ki, gəncliyin mənfi cəhəti təcrübəsizlikdir, o da müvəqqəti cəhətdir, zaman keçdikcə təcrübə toplanır.

Mənim üçün də ötən 5 il ərzində topladığım təcrübə çox dəyərli oldu. Lakin  düşünürəm ki, yaşına baxmayaraq, hər bir insan öz üzərində daimi çalışmalıdır. Fəaliyyətimə gəldikdə, gənc olmağım heç vaxt maneə törətməyib.

Bu qədər gərgin iş rejimində ailənizə necə vaxt ayırırsınız? Ailə həyatı ilə karyeranı birlikdə necə uzlaşdırırsınız?

Bu illər ərzində uşaqların hüquqlarıyla yaxından  məşğul oduğum üçün, mən bəzi psixoloji aspektləri öyrəndim. Həmişə düşünürdüm ki, ailə və uşaqlarla keçirilən zamanın müddəti yox, keyfiyyəti vacibdir. Və bu fikirin psixoloqiyada nəzəri sübutunu öyrənərək , fikirlərimin düzgünlüyü öz təsdiqini tapdığı  üçün, düzgün istiqamət seçdiyimə sevindim. Tez -tez səfərlərdə olduğum üçün, təbii ki iş qrafikim, ünsiyyətimizə bəzi məhdudiyyətlər qoyur. Lakin, heç bir maneçilik törətmir. Mən həmişə uşaqlarımın dərslərilə məşğul oluram, onların maraqlarını bölüşürəm. Ümumiyyətlə bütün  boş vaxtımı ailəmə sərf edirəm.

Aydın məsələdir ki, son zamanlar cəmiyyətdə qadınlara qarşı zorakılıq halları çoxalıb. Qadın deputat kimi bunu nə ilə əlaqələndirə bilərsiniz?

Təəsüflər olsun ki, qadınlara qarşı zorakılıq bu gün bütün dünyada müxtəlif formalarda baş verir. Zorakılığın nə geoqrafiyası, nə dini, nə də milləti var. Mübarizə isə ondan ibarət olmalıdır ki, cəmiyyət belə məsələlərə laqeyd qalmasın, müvafiq qanunların mövcud olması və bu qanunların işləməsi,  ən əsası vətəndaşların və xüsusi ilə qadınların öz hüquqların bilməsidir.

Uğur qazanmış bir qadın kimi, siyasətdə və yaxud biznesdə qadınların irəli getməsinə necə baxırsınız?

Sevindirici haldır ki, bu gün ölkəmizdə biz "uğurlu kişi " ifadəsiylə yanaşı "uğurlu qadın" ifadəsini müşahidə edirik. Məsələ ondadır ki, hər bir qadın üçün "uğur formulası" fərqlidir: Kimsə üçün bu xoşbəxt ana olmaq, özünü uşaqlarına və ailəyə həsr etmək, kimisə üçün maliyyə cəhətdən müstəqil olmaq, kimsə üçün isə siyasətlə məşqul olmaq, xalqına və dövlətinə xidmək etməkdir.  Bu gün hər bir Azərbaycan qadının gözünün qarşısında, bir neçə amili özündə cəmləşdirən, müasir, uğurlu  qadının obrazı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təcəssüm edir.