Xəbər Ermənistanda siyasi gərginlik səngimir.

Ermənistanda siyasi gərginlik səngimir.

Müəllif: Xeberim.az on in Dünya
1st Image
Gümrüdə konstitusiya islahatlarına qarşı mitinq keçirilib

Ermənistanda siyasi gərginlik səngimir. Gümrüdən sonra Vanadzorda  konstitusiya islahatlarına qarşı  aksiya keçirilib. Polislə etiraçılar arasında qarşıdurma da yaşanıb.  

Ermənistanda hökümətin apardığı konstitusiya islahatlarına qarşı yaradılmış  “Yeni Ermənistan”   qurtuluş cəbhəsi  Vanadzorda hökümət əleyhinə mitinq keçirib.  “İrs” partiyasının sədr müavini Armen Martirosyan mitinqdə bildirib ki, müxalif qüvvələr hakimiyyətin konstitusiya islahatlarına qarşı sərt mövqelərini davam etdirəcəklər.  Dekabrın 6-da baş tutacaq referendumdan sonra isə Ermənistanda vəziyyət daha da pisləşəcək. Ölkədə yoxsulluq 70 faizə yüksələcək.  Martuirosyan hər kəsi dekabrın 1-də İrəvanda və əyalətlərində keçiriləcək ümumxalq itaətsizlik mitinqində fəal olmağa çağırıb. “Yeni Ermənistan”   qurtuluş cəbhəsinin ictimai şurasının üzvü Qaregin Çukazesyan isə sosioloji sorğuların nəticələrini açıqlayıb. Onun sözlərinə görə,  konstitusiya dəyişikliyinin əleyhinə olaraq əhalinin 49 faizi referendumu baykot edəcək. Ermənilər mümkün və ya qeyri-mümkün vasitələrlə Ermənistan hakimiyyətini devirmək niyyətindədirlər. Mitinqdə Vanadzor sakinləri “Yalançı Serjik!”, “Bizə qoşulun!” şüarları səsləndirərək Sarkisyan hakimiyyətinin istefasını tələb ediblər. Polis etirazçılara mane olmağa çalışıb.  Mitinqin iştirakçıları yalnız inqilabi aksiyalar vasitəsi ilə Sarkisyan rejiminə qalib gələcəklərini açıqlayıblar.