Xəbər Qadın güləşçilərimiz Avropa Millətlər Kubokunda 5-ci olublar

Qadın güləşçilərimiz Avropa Millətlər Kubokunda 5-ci olublar

Müəllif: Xeberim.az on in İdman
1st Image
Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri keçirilir.

SİA-nın məlumatına görə,  turnirdə hər üç güləş növü üzrə yığma komandalarımız mübarizə aparır.

İlk yarış günündə qadın güləşçilər arasında qrup görüşləri keçirilib. Püşkatmanın nəticəsinə əsasən, qadın güləşçilərimiz Polşa və Rusiya komandaları ilə birgə A qrupunda mübarizə aparıb. B qrupunda isə, Ukrayna, Belarus və Türkiyə yığmaları yarışıb.

Güləşçilərimiz Polşa ilə görüşdə 5:3, Rusiya ilə qarşılaşmada isə 7:1 hesabı ilə məğlub olublar. Bu nəticə ilə qrupda üçüncü yeri tutan qadın güləşçilərimiz digər qrupun üçüncüsü Belarusla 5-ci yer uğrunda görüşə çıxıblar. 5:3 hesabı ilə qalib gələn komandamız Avropa Millətlər Kubokunu 5-ci sırada tamamlayıb.

I dövrə  Azərbaycan - Polşa 3:5         II dövrə Rusiya - Azərbaycan 7:1
48 kq
53 kq
55 kq
58 kq
60 kq
63 kq
69 kq
75 kq
Marziget Baqomedova - Anna Lukasiak 
Anjela Doroqan - Katarjina Kravçuk
Alyona Kolesnik - Roksana Zasina 
Nataliya Sinişin - Anna Zviridovska
İrina Netreba - Aqneşka Krol
Raqnetta Qurbanzadə - Monika Mixalik
Gözəl Zutova - Kordus Vişçek 
təmsilçimiz yoxdur - Dariya Osoka
0:10
4:5
1:7
10:0
4:2
1:4
10:0
0:3
  48 kq
53 kq
55 kq
58 kq
60 kq
63 kq
69 kq
75 kq
Milana Dadaşova - Marziget Baqomedova 
Mariya Qurova - Anjela Doroqan
İrina Oloqonova - Alyona Kolesnik
Nataliya Qolts - Nataliya Sinişin
Lyubov Ovçarova - İrina Netreba
Darima Sanjeyeva - Raqnetta Qurbanzadə 
Tatyana Morozova - Gözəl Zutova
təmsilçimiz yoxdur
12:2
6:1
6:0
0:6
9:7
3:0
7:5
3:0
5-ci yer  Azərbaycan - Belarus 5:3
48 kq
53 kq
55 kq
58 kq
60 kq
63 kq
69 kq
75 kq
Marziget Baqomedova - Marina Markeviç 
Anjela Doroqan - Svetlana Lamaşeviç
Alyona Kolesnik - Katerina Qonçar
Nataliya Sinişin - Veronika İvanova
İrina Netreba - Anastasiya İvanova
Raqnetta Qurbanzadə - Madina Sidakova
Gözəl Zutova - Yevgeniya Andreyçikova 
təmsilçimiz yoxdur - Nataliya Lanko
2:9
6:12
10:0
14:1
14:2
6:2
5:0
0:3
Baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında heyətdə Marziget Baqomedova (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (58 kq), Alyona Kolesnik (55 kq), İrina Netreba (60 kq), Raqnetta Qurbanzadə (63 kq) və Gözəl Zutova (69 kq) yer alıb.
Yarışlar Lujniki Olimpiya Kompleksində, "Drujba" Universal İdman Zalında keçirilir.