Xəbər Mübariz Qurbanlı: "Cin şüşədən buraxılmayıb..."

Mübariz Qurbanlı: "Cin şüşədən buraxılmayıb..."

Müəllif: Xeberim.az on in Müsahibə
1st Image
"Azərbaycanda dini radikal qruplara qarşı mübarizə yalnız dini komitənin işi deyil..."

Dini Qurumlalra İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Mir Şahin Ağayevəmüsahibə verib.

ANS PRESS Mübariz Qurbanlının son zamanlar cəmiyyətin diqqət mərkəzində olan bəzi məsələlərə aydınlıq gətirdiyi müsahibəni oxucularına təqdim edir. 

Beləliklə Azərbaycan dünyəvi dövlət qurur. Regionun ən aparıcı dövlətinə çevrilməkdədir və bir çox parametrlərlə artıq regionun ən aparıcı dövlətidir. Amma bu dünyəvi dövlətin bir sıra qeyri-dünyəvi problemləri də var. Bu dünyəvi-dövlətin içərisində xurafatı, cəhaləti təqdim və tərənnüm edən qüvvələr də var. Ümumiyyətlə son zamanlar Azərbaycanda dini xurafata, radikal dindarlara qarşı Azərbaycan dövlətinin apardığı siyasət bir sıra məqamları ilə müxtəlif rezonanslara səbəb olur. Bu rezonansın pozitivi də var, neqativi də. Amma məsalələrə tərəfsiz yanaşanda ən yaxşısı Dini Qurumlarala İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə oturmaq və bu mövzularda dərtləşməkdir. 

Mübariz müəllim eşitmişəm ki, falçılarla səlib yürüşünə başlamısız. Yəni Azərbaycan dövlətinin indi ən böyük problem budu- falçılardır? 


- Əslində sualda cavab var idi. Xurafata qarşı mübarizə həmişə olub və bu gün də davam etməlidir. Falçılıq- xurafatdır. Cinayət məcəlləsində dələduzluq maddəsi var. Falçılıq və ekstrasesnlik adı altında insanların etimadını qazanıb, onları aldadanlara qarşı dələduzluq maddəsindən istifadə olunur. Ancaq bəzi ölkələrdə konkret olaraq, falçılıq, yalançı ekstrasenslik və cadukarlıq kimi əməllərə görə, bu maddə ilə həm inzibati xətalar məcəlləsində, həmdə cinayət məcəllələrində müvafiq müddəalar var. Bu əlbətdə ki, hüquqi bir sahədir. Mən isə dedim ki, maarifləndirmə yolu ilə xurafata qarşı hərtərəfli mübarizəmizi aparmalıyıq. Burada söhbət nə isə qadağadan getmir. Söhbət buna qarşı mübarizədən gedir. İnsanlarımız bir şeyi anlamalıdır ki, falçılıq, cadukarlıq, saxtakar ekstrasens fəaliyyəti nə dinə, nə də ki, dünyəviyə aiddir. Mən əminəm ki, ANS telekanalı bu cür hallara qarşı nübarizə aparıb, bundan sonra da aparacaq. 

- Əlbətdə başqa cür ola da bilməz. Aşura necə keçdi? Razı qaldız? 

-Bilirsiz Aşura Azərbaycanda ənənəvi olaraq qeyd olunur və bundan sonra da yəqin ki, ənənəvi olaraq qeyd olunacaq. Ancaq Aşura zamanı bəzən görürsən ki, bu ad altında dindən öz məqsədləri üçün istifadə etmək istəyənlər qeyri-qanunu hərəkətlərə yol verirlər. Mən sizə deyim ki, bu dəfədəki Aşurada monitorinq zamanı müəyyən olundu ki, bəzi yerlərdə Qafqaz Müsəlmanlar İdarəsinin fətvasına zidd olaraq, küçələrə çıxaraq, yürüş etmək istəyənlər olub. Amma əslində bu cür yürüşlərin edilməsinə ehtiyac yoxdur. Müxtəlif bayraqlar götürərək, kütləvi şəkildə bir yerdən başqa yerə getmək və s. kimi hərəkətlərə yol verilib. Əlbətdə bunlar məqsədə uyğun deyil. Çünki, Azərbaycanda bayraq haqqında, sərbəst toplaşma, azadlıq haqqında qanun var. Bu proses də qanunlara uyğun getməlidir. Aşuranın ümumi gedişinə nəzər salsaq isə görərik ki, zəncir vurmaq, qan çıxartmaq kimi hallar minumuma enib. Qanuna zidd hərəkət edənlərə qarşı isə müvafiq addımlar atılıb. 

Mübariz müəllim Gəncədə baş verənlərə münasibətiniz necə oldu? 

-Gəncədə bir qrup şəxs Şah Abbas məscidinə gələrək, buradan İmamzadəyə yürüş etmək istəyib. Əvvəlcədən isə İmamzadənin ətrafında Aşuranın qeyd olunması üçün şərait yaradılmışdır. Bu insanlar isə yürüş etmək niyyətində olublar. Bunun qanuna zidd olduğu üçün Gəncə şəhər icra başçısı həmin insanlara xüsusi avtobuslar ayırıb ki, bununla İmamzadəyə getsinlər. Bəziləri isə inanclı insanlardan sui istifadə edərək polislə qarşıdurma yaratmaq istəyib. Amma bunun qarşısı alınaraq, məsələ yoluna qoyulub. Səhəri günü isə Gəncədə Şah Abbas məscidi və İmamzadədə İmam Hüseyinlə bağlı mərasim keçirilib.



Bakıda da bir neçə gün bundan öncə nəsə hadisə olmuşdur deyəsən?

-Bu məsələnin dinə aidiyyatı yoxdur. Əgər kimsə qanunu və asayişi pozursa və həmin şəxs məscidə gedib-gəlirsə bunu dinə aid etmək olmaz. Birdə görürsüz ki, qeydiyyatı olmayan və rəsmləşməyən bir dini təşkilat yaradılır. Belə təşkilatlara bəyanat yayamaq və söz deməyə kim icazə verir? Azərbaycanda din adından fətva vermək hüququ ancaq Qafqaz Müsəlmanlar İdarəsinə adiddir. Özündən uydurma təşkilat yaradıb, Azərbaycan İslam camiəsi adından çıxış etmək heç kəsə verilməyib.

Radikal dini cərəyanlarla bağlı vəziyyət nə yerdədi?

-Dini radikalizmə qarşı mübarizə hər yerdə gedir. O cümlədən Azərbaycanda da. Dini radikalizm nədir? Radikalizm –“Qurani- Kərim”dən uzaqlaşmaq, əhli-sünnənin müəyyən etdiyi sünnətdən uzaqlaşmaq, Peyğəmbər (s.ə.v.s) qoyduğu yoldan uzaqlaşmaq, öz başına bu və ya digər hədisləri təhrif etmək, dini siyasiləşdirmək və mənəvi aləmdən uzaqlaşdırmaqdır. Nəticədə isə qarşıdurmaya, qan tökülməsinə və böyük faciələrə səbəb olur. Bu faciələri görmək üçün isə çox da uzağa getmək lazım deyil. Yaxın Şərqə baxmaq kifayətdir. Ağıllı insanlar başqalarının səhvindən nəticə çıxarır. Yalnız axmaqlar öz axmaqlıqlarını dəflərlə təkarar edirlər. Ona görə də Azərbaycanda dini radikal qruplara qarşı mübarizə yalnız dini komitənin işi deyil, o cümlədən medianın və bütün ziyalıların işidir. 



Düzdür medianın da işidir. Bu birabaşa Milli Təhlükəsizlik Nazirliyinin işi idi. Belə gizli radikallarla, dini təşkilatlarla iş aparmaqla məşğul olub-olmayan qurumun rəhbərliyi bizneslə məşğul idi. Ona görə də adamların, şəxsən mənim içimdə belə bir narahatlıq var ki, milli təhlükəsizlik kimi çox həssas bir sahədəki vəziyyətdən narahat olmağa dəyər mi? Yoxsa biz rahat nəfəs sala bilərik? Belə bir söhbət var ki, cini artıq şüşədən buraxıblar və onu geri qaytarıb, salmaq mümkün deyil. 

-Məncə yanlış bir fikirdir. Cin şüşüdən buraxılmayıb və heç vaxtda buraxılmayacaq. Siz də, biz də tariximizi gözəl bilirik. Hər hansısa bir vəzifəli şəxsin işindəki nöqsanlar və vəzifədən uzaqlaşdırılması bütövlükdə o quruma aid edilə biləməz. Bu gün MTN və onun işçiləri, (hansı ki, orada bir, iki və ya on adamdan söhbət getmir) onlar dövlətə sadiqdir və fəaliyyətini davam etidirir. MTN-ə gətirilən yeni işçilər bu situasiyanı nəzarətdə saxlayır və fəaliyyətlərini də bu istiqamətdə davam etdirirlər. MTN-də terror və dini radikal qruplarla iş aparan qurumların işləri bir an belə dayanmayıb. Çünki, bu bir dövlətdir və dövlət qurumlarında fasiləliyə yol verilmir.

Təşəkkür edirəm Mübariz müəllim! 

- Mən də sizə təşəkkür edirəm! Sağ olun.