Xəbər Arzu Həsənzadə:Gənclərin vicdan və vətəndaşlıq borcudur ki...

Arzu Həsənzadə:Gənclərin vicdan və vətəndaşlıq borcudur ki...

Müəllif: Xeberim.az on in Müsahibə
1st Image
"Bayraq sevgisini gələcək nəsillərə ötürmək indiki gəncliyimizin ən başlıca və ən önəmli öhdəliyidir"

Bu fikri Xəbərim.az saytına Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Arzu Həsənzadə deyib.

O bildirib ki,bayraq ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsinə, Azərbaycançılıq məfkurəsinə və dövlət rəmzlərinin təbliğinə xidmət edən ən böyük amillərdəndir. "Vətən,bayraq naminə ölməyi göz önünə almış babalarımızla bu gün qürur duymalıyıq. Gənclərin vicdan və vətəndaşlıq borcudur ki,vətən,bayraq sevgisinin gələcək nəsillərə aşılanması yolunda daima çalışsınlar.Elə indi də gənclərimiz azadlıq,həmrəylik məfkurəsi olan bayrağımızın daima göylərdə dalğalanması yolunda öz öhdəliklərini unutmur,vətəni adına ən layiqli addımları atırlar.Bunun nümunələrindən biridə səngərdə keşiyimizi çəkən əsgərlərimizdir.Ən böyük təşəkkürümüzdə məhs onlaradır",-deye Arzu Həsənzadə qeyd edib.