Xəbər Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada Xocalıya olunmuş tədbir keçirilib

Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada Xocalıya olunmuş tədbir keçirilib

Müəllif: Xeberim.az on in Münasibət
1st Image
Rusiyanın Xantı-Mansiysk muxtar vilayətinin Surqut şəhərində Xocalı soyqırımının 23 ildönümünə həsr olunmuş tədbir keçirilib.

Rusiyanın Xantı-Mansiysk muxtar vilayətinin Surqut şəhərində Xocalı soyqırımının 23 ildönümünə həsr olunmuş tədbir keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gəncləri Beynəlxalq Dialoq Forumunun baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən tədbir Xocalıda həlak olan insanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) koordinatoru Ramin Rəcəbov "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində görülən işlərdən danışıb. O bildirib ki, "Xocalıya ədalət" kampaniyası çərçivəsində indiyədək dünyanın bır sıra böyük şəhərlərində, o cümlədən Rusiyanın regionlarında konfranslar və dəyirmi masalar təşkil olunub: “Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" kampaniyası Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. RAGB və Ümumrusiya Azərbaycan Konqresi bu kampaniyanın işinə cəlb olunub. "Xocalıya ədalət" beynəlxalq kampaniyasının Sankt-Peterburq, Yekaterinburq, Perm, Saratov, Voronej, Lipetsk, Tula, Smolensk, Kaluqa və digər regionlarda təqdimatı keçirilib".
Tədbirdə Surqutdakı Azərbaycan diasporunun nümayəndələri də çıxış ediblər. ÜAK-ın Xantı-Mansiysk regional bölməsinin sədri Yaqub Seyidov keçirilən tədbirin əhəmiyyətindən, Xocalı soyqırımı barədə həqiqətlərin gənc nəslə çatdırılmasının vacibliyindən danışıb.
RAGB-ın Surqut şəhəri üzrə nümayəndələri Cavid Seyidov və Elşən Əsgərov Leyla Əliyevaya "Xocalıya ədalət" beynəlxalq kampaniya ilə bağlı fəaliyyətinə görə təşəkkürünü bildiriblər. Surqut Dövlət Universitetinin "Xalqlar Dostluğu Mərkəzi" İctimai Təşkilatının direktoru Həsən Kazakbiyev çıxışında ictimai təşkilatların "Xocalıya ədalət" beynəlxalq kampaniya çərçivəsində tədbirlərin keçirilməsində mühüm rol oynadığını qeyd edib.
Tədbirin sonunda Azərbaycanın uşaq evlərində tərbiyə alan uşaqların əl işlərindən ibarət "Xocalı-Mərhəmət" toplusunun təqdimatı keçirilib.