Xəbər İsveçdə daha bir qaçqın sığınacağı yandırıldı

İsveçdə daha bir qaçqın sığınacağı yandırıldı

Müəllif: Xeberim.az on in Dünya
1st Image
İsveçin mərkəzində, Vermland əyalətinin Forshaqa qəsəbəsində yanğın qaçqınlar üçün sığınacaq təşkil olunacağı planlaşdırılan binanı məhv etmişdir. Hadisə yerinə gələn yanğınsöndürənlər tikilini xilas edə bilməmişlər. Alovun qonşu binalara keçməsinin qarşısı alınmışdır.

Yerli polisdən bildirmişlər ki, yanğın nəticəsində zərərçəkən olmamışdır. Hadisə ilə bağlı təhqiqat başlamışdır.

Asayiş keşikçiləri hesab edirlər ki, binaya od vurulmuşdur. Qeyd edilir ki, son bir ay ərzində ölkədə qaçqınların yerləşdirilməsi üçün nəzərdə tutulan məntəqələrə 20-yə yaxın hücum olmuşdur. Buna görə hökumət onların ünvanlarını gizli saxlamaq və mühafizəsini gücləndirmək barədə qərar qəbul etmişdir.

Məlumata görə, bu il əhalisi 9,8 milyon nəfər olan İsveçə 105 min qaçqın gəlmişdir. Proqnozlara görə, gələn il bu rəqəm 360 min nəfərə çata bilər.