Xəbər “Telekom” “Fenerbahçe”yə məğlub oldu

“Telekom” “Fenerbahçe”yə məğlub oldu

Müəllif: Xeberim.az on in İdman
1st Image
Azərbaycan klubu oyunun gedişatında irəlidə idi.

İstanbulda qadınlar arasında voleybol üzrə Çempionlar Liqasının 2 turunda Türkiyənin “Fenerbahçe” komandası ilə Azərbaycanın “Telekom” komandası görüşüb.

Oxu.Az xəbər verir ki, “Telekom” 2:3 (25:21, 25:22, 22:25, 11:25, 6:15) hesabı ilə məğlub olub.

Bu qrupda digər matçda Polşanın “İmpel” qrupu eyni nəticə ilə Almaniyanın “Drezdner” komandasına məğlub olub.

2 turdan sonra “Fenerbahçe”nin 5, “İmpelin” 4, “Drezdner”in 2, “Telekom”un isə 1 xalı var.