Xəbər Ermənistanda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri bahalaşıb

Ermənistanda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri bahalaşıb

Müəllif: Xeberim.az on in Dünya
1st Image
Ermənistanda ərzaq və qeyri-ərzaq məhsulları bahalaşmaqda davam edir.

İşğalçı ölkənin Mərkəzi bankının sabiq rəhbəri Baqrat Asatryan yaranmış böhrana görə höküməti günahlandırıb. Onun sözlərinə görə, hazırki rejim, başı hakimiyyət davasına qarışdığından,  məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Ermənistandan xəbərsizdir. Ermənistanda inflyasiya həddinin artması hökumət rəhbərlərinin səhlənkarlığının nəticəsidir. Ermənistan Mərkəzi Bankının maliyyə kredit idarəsinin rəhbəri Аrtur Stepanyan isə bəyan edib ki, qiymətlər durmadan artır və nəticədə Ermənistanda vətəndaşların vəziyyəti gündən-günə pisləşir. Rəsmi statistikaya  əsasən  son 3 il ərzində Ermənistanda qiymət artımı 32,5 faiz olub. Xüsusilə, ərzaq məhsullarının qiyməti əhəmiyyətli dərəcədə - 26 faiz, tibbi xidmət və dərman preparatları isə 30 faiz artıb. Avqustun 1-dən elektrik enerjisinin qiymətinin 16 faiz artımı sahibkarlara böyük zərbə vurub. Bu ilk növbədə zəruri ərzaq məhsullarının istehsalçılarına təsir edib. Nəticədə qida sənayesində onsuz da baha olan qiymətlər bir qədər də qalxıb. İqtisadçı Babken Tunyan Elektrik enerjisinin bahalaşması ilə ilin sonuna qədər bütün sahələrdə yenidən artım gözlənildiyini açıqlayıb.