Xəbər Azərbaycan Avropa çempionatının lideridir

Azərbaycan Avropa çempionatının lideridir

Müəllif: Xeberim.az on in İdman
1st Image
Millimiz Danimarkaya qalib gəlib.

İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə komandalararası Avropa çempionatı davam edir. 

Oxu.Az-ın məlumatına görə, kişilər ibarət yığma komandamız ikinci qarşılaşmasını Danimarkaya keçiriblər.

Millimiz 3,5:0,5 hesabı ilə qələbə qazanıb. Şəhriyar Məmmədyarov, Arkadiy Naydiç və Eltac Səfərli öz rəqiblərinə qalib gəliblər, Rauf Məmmədov isə heç-heçə oynayıb.

Azərbaycan yığması bu qələbədən sonra 4 xalla turnir cədvəlinə başçılıq edir. 

Növbəti turda millimizin rəqibi İspaniya yığması olacaq.

Zərif cinsdən olan şahmatçılarımız isə İtaliyaya 1:3 hesabı ilə uduzublar.