Xəbər Samboçularımız medalların sayını 3-ə çatdırdı

Samboçularımız medalların sayını 3-ə çatdırdı

Müəllif: Xeberim.az on in İdman
1st Image
Mərakeşin Kasablanka şəhərində keçirilən sambo üzrə dünya çempionatına yekun vurulub.

Azadinform xəbər verir ki, mundialın son günü Azərbaycan millisi daha bir gümüş medal qazanıb. 

Yığmamızın üzvlərindən Cavidan Qarayev fəxri kürsünün ikinci pilləsinə qalxıb. 62 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz finalda İvan Aniskeviçə (Belarus) uduzub. 

Bununla da mundialdakı medallarımızın sayı 3-ə çatıb. Cavid Qarayevdən öncə Amil Qasımov (74 kq) gümüş və Emil Həsənov (68 kq) bürünc medalları aktivlərinə yazmağı bacarıblar.