Xəbər Ermənistanın xarici borcları 5 milyard dollara yaxınlaşır

Ermənistanın xarici borcları 5 milyard dollara yaxınlaşır

Müəllif: Xeberim.az on in Dünya
1st Image
Bütün sahələrdə iflasa uğrayan Ermənistanın xarici maliyyə qurumlarından asılılığı günü gündən artır. İşğalçı ölkənin borcları 5 milyard dollara yaxınlaşır.

Xarici borclar Ermənistan üçün daha ağır yükə çevrilir. Təkcə son 10 gündə hökumət müxtəlif maliyyə qurumlarından 450 milyon dollardan çox kredit alıb. Bununla da  ümumi xarici kredit borcu 4,5 milyard dollara çatıb. 6 il əvvəl Ermənistan Mərkəzi Bankının ümumilikdə borcu 2 milyard dollardan az idi. İndi isə göstərici ümumi daxili məhsulunun yarısını keçir. Götürülən kreditlərin böyük əksəriyyəti məmurlar tərəfindən mənimsənilib. Vəsaitin hansı həcmdə xərcləndiyinə dair ictimayyətə məlumat verilmir. Siyasətçilər və ekspertlər ölkənin xarici borclarının artmasından narahatlıqlarını bildirirlər. Bunun işğalçı ölkə üçün böyük problemlər yaradacağı qeyd olunur.  “Aykakan Jamanak”  qəzeti yazır ki, hökumət alınan borclarla elektrik enerjisi, su təminatı, həmçinin xidmət sahələrində vəziyyətin yaxşılaşacağını desə də, reallıqda bunun əksi müşahidə olunur. Kommunal xidmətlər də ildə bir neçə dəfə  bahalaşır. Özəlləşdirilən dövlət müəssisələrinin böyük əksəriyyəti isə  xarici şirkətlərə, ayrı-ayrı iş adamlarına satılıb. Müəssisələrin çoxu fəaliyyətini dayandırmalı olub. Bütün bunlar Ermənistan iqtisadiyyatında yaşanan tənəzzülü sürətləndirib.