Xəbər Ermənistanda etirazlar səngimir.

Ermənistanda etirazlar səngimir.

Müəllif: Xeberim.az on in Dünya
1st Image
Ermənistanda taksi sürücüləri tətilə başlayıblar

Bu dəfə taksi sürücüləri tətilə başlayıblar. Onlar hökümət tərəfindən pozulmuş hüquqlarının bərpasını  tələb edirlər.

Bütün sahələrdə iflasa uğrayan Ermənistanda bu dəfə taksi sürücüləri tətilə başlayıblar. Onlar lisenziyalaşdırma qaydalarına etiraz etmək üçün Razdan meydanında toplaşıblar. Sürücülər bu il  martın 1-də qəbul edilən yeni qərarın və lisenziya almamış taksilərin cərimələrinin ləğv olunmasını tələb edirlər. Dəyişikliklərə görə, sarı rəngli dövlət nömrələri yenidən ağ rəngli nömrələrlə əvəzlənir, sürücülər isə hər ay 12 min dram ödəməli olurlar. Etirazçıların sözlərinə görə, yaranmış şəraitdə bu məbləği ödəmək mümkün deyil. Taksi xidmətinin direktoru Suren Mkrtçyan bildirib ki, bu sahədə sanksiyalar həddindən artıq çoxdur. Sifarişlərin az olması sürücülərin işini daha da çətinləşdirir. İşğalçı ölkədə traleybus sürücüləri də tətilə başlayacaqlarını elan ediblər. Buna səbəb sürücülərin sutkada 16-17 saat işləməyə məcbur olunmasıdır. İş saatının artırılsa da onlara əvvəlki kimi 40 min dram yəni 87 dollar maaş təklif edilir. .