Xəbər Yunan-Roma güləşçilərimiz 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar

Yunan-Roma güləşçilərimiz 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar

Müəllif: Xeberim.az on in İdman
1st Image
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi başa çatıb. Turnirdə 41 ölkədən 450-dək pəhləvan mübarizə aparıb.

Bakı İdman Sarayında keçirilən yarışda yunan-Roma güləşçilərimiz 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar.

Yarışın sonuncu günündə yunan-Roma güləşi üzrə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.

Bütün rəqiblərindən üstün olan Şalva Qadabadze (98 kq) və Sabah Şəriəti (130 kq) turnirin baş mükafatını qazanıblar. Kamran Məmmədov (66 kq), Rüstəm Əliyev (71 kq) və Rafiq Hüseynov (80 kq) yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənməli olublar. Bürünc medalları isə yığmamıza Eldəniz Əzizli (59 kq), Həsən Əliyev (66 kq), Elvin Mürsəliyev (80 kq) və İslam Abbasov (85 kq) qazandırıblar.

Xatırladaq ki, sərbəst güləşçilərimiz 3 qızıl, 4 gümüş və 4 bürünc, qadın güləşçilərimiz isə 1 gümüş medala sahib olublar.

Beləliklə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsini güləşçilərimiz ümumilikdə 21 - 5 qızıl, 8 gümüş və 8 bürünc medalla başa vurublar.