Xəbər Polislərlə müəllimlər qırğına çıxdılar: onlarla yaralı var

Polislərlə müəllimlər qırğına çıxdılar: onlarla yaralı var

Müəllif: Xeberim.az on in Dünya
1st Image
Meksikanın Akapulko şəhərində polis əməkdaşları ilə müəllimlərin qarşıdurması olub

Xeberim.Az RİA Novosti-yə istinadən bildirir ki, hadisə nəticəsində ən azı 12 nəfər yaralanıb. Məlumatı yerli "Jordana" qəzeti yayıb.

Məlumata əsasən, ötən gün dövlət tədris müəssisələrində çalışan 4.5 min nəfər müəllim şəhər küçələrində etiraz aksiyasına çıxıb. Onlar əmək şəraitlərinin yaxşılaşdırılmasını tələb ediblər, o cümlədən İquala şəhərində tələbələrin yoxa çıxmasına etirazlarını bildiriblər. Etirazçılar əsas magistral yollardan birini bağlayaraq yerli hava limanına soxulmağa çalışıblar.

Polis etiraz edən müəllimlərin qarşısını ala bilib. Bundan sonra müəllimlər polis kordonuna hücum edərək asayiş keşikçilərinə daş və taxta parçaları atıblar.