Xəbər Dünya ölkələri çətin durumda: sosial proqramlar dayandırılır, iş yerləri ixtisar edilir

Dünya ölkələri çətin durumda: sosial proqramlar dayandırılır, iş yerləri ixtisar edilir

Müəllif: Xeberim.az on in Dünya
1st Image
Dünyada baş verən iqtisadi böhran 2015-ci ildə öz həllini tapmadı və bu il daha da dərinləşməyə doğru gedir. Baş verən proseslərin gedişi bir sıra ölkələrdə də milli valyutaların 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə devalvasiyaya uğramasına səbəb oldu. Bu gün də həmin proses davam etməkdədir. Hətta bir sıra ölkələr neftin qiymətinin düşməsi, devalvasiya nəticəsində iqtisadi böhranla üzləşərək iflasa doğru gedir. Azalan qiymətlərdən təsirlənən ölkələrin başında Rusiya, Kanada, Norveç, Venesuela və Səudiyyə Ərəbistanı gəlir.

Rusiyada həkimlərin ixtisar edilməsi təklif edilir 
Dünya İqtisadi Forumunun(WEF) hesabatına görə, Rusiyadakı iş adamlarının ən böyük narahatlığı maliyyə böhranı, yüksək inflyasiya və beynəlxalq toqquşmalardır. WEF-in açıqlamasına görə, fərqli sektorlardan 750 mütəxəssis arasında keçirilən sorğuda Qlobal Risklər Hesabatı hazırlanıb. Hesabatda Rusiyadakı iş adamlarının yarısı ölkədəki maliyyə böhranı, yüksək inflyasiya və beynəlxalq toqquşmaları ən böyük problem olaraq gördüyü halda, 40 faiz maliyyə qurumlarının vəziyyətindəki pisləşmə və sosial qeyri-sabitlikdən narahatdırlar. Rusiyadakı şirkətlərin ölkə iqtisadiyyatında problemlərdən daha çox narahat olmağa başladığının göstərildiyi hesabatda dövlət idarəçiliyində daha təsirli modellərin yaradılmasının və böhran üçün daha aktual həllərin tapılmasının vacib olduğu göstərilir. Qeyd edək ki, Rusiyada çətin vəziyyətlə əlaqədar xəstəxanaların bəzisinin bağlanması, həkimlərin ixtisar edilməsi təklif edilir.

İraq, gəlirlərinin 70 faizini itirib
İraq Neft Nazirliyinin nümayəndəsi Asım Cihad son günlər neft qiymətlərində yaşanan enmənin ölkə iqtisadiyyatını böyük ölçüdə təsir etdiyini bildirib və qeyd edib ki, neft qiymətlərindəki enmə ilə bağlı ölkə gəlirlərinin 70 faizini itirib. İraqın iqtisadiyyatı, əsasən, neft ixracatına əsaslandığından ölkə böyük zərərə uğrayıb. Asım Cihad qeyd edib ki, neftin qiymətinin enməsi siyası səbəblərlə bağlı olsa da, bu vəziyyət İraq kimi neft istehsal edən ölkələrə ciddi zərbə vurur: “Bu vəziyyət ölkədəki bir çox sosial layihələrin iflasa uğraması ilə müşahidə olunur”. İraq 2016-cı il dövlət büdcəsində neftin barelini 45 dollardan götürmək istəsə, indi anormal bir vəziyyətlə qarşılaşıb. Mütəxəssislər neftin qiymətində bu qədər enməni gözləməyib. Neftin qiymətinin düşməsinin regional hadisələrlə də bağlı olduğunu deyən Cihad ölkəsinin baş verənlərin həllinə yardım etmək üçün dövlət xərclərini azaltmaq, kənd təsərrüfatı və sənaye sahələrini inkişaf etdirməyi nəzərdə tutduğunu bildirib. 

Neft qiymətlərindəki geriləmə qlobal bazarları sarsıdıb
Neftin barel qiymətinin 29 dollar səviyyəsində olması Asiya bazarlarındakı geriləmə ilə birlikdə qlobal bazarlarda sarsıntıya yol açıb. Çin iqtisadiyyatındakı geriləmənin yaratdığı narahatlıq ilə birlikdə neft qiymətlərindəki geriləmə Asiya birjalarında da böyük itkiyə yol açıb. 

Erməni hökuməti ixtisarlar aparacaq
“Qraparak” qəzetinin məlumatına görə, Ermənistan hökuməti bir sıra qurumlarda ştatda olan əlavə işçilərin ixtisarlar edilməsi ilə bağlı çıxış edib. Artıq icra hakimiyyəti orqanlarına mövcud sistemdə çalışanların azaldılması ilə bağlı bildiriş göndərilir. Qeyd edilir ki, Ermənistanda 20-dən çox dövlət orqanı var ki, onların hər birində rəis, müavin və bir çox yalançı ştatlar var. Hökumət həmin ştatları ixtisar etməyə hazırlaşır. “İl yeni başlasa da, işçilər çalışdıqları yerlərə ixtisar qorxusu ilə gedirlər”- deyə, “Qraparak” yazır.

Norveç böhran keçirdiyini elan edib

Norveç isə barel qiymətlərinin 30 dollardan aşağı düşməsinə görə, böhran elan edib. Qərbi Avropanın ən böyük neft ixracatçısı olan ölkə 2008-ci ildə yaranan vəziyyətdən daha pis hala düşüb. Norveç Neft İdarəsiinin müdiri Bente Nyland bildirib ki, “Norveç neft sənayesi böhrandadır, bunu inkar edə bilmərik”. //palitranews