Xəbər İlham Əliyev məmurlara və övladlarına xəbərdarlıq etdi - Video

İlham Əliyev məmurlara və övladlarına xəbərdarlıq etdi - Video

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Xəbər verdiyimiz kimi, bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilir.

"Qafqazinfo"nun məlumatına görə, prezident İlham Əliyev tədbirdə məmurlara xəbərdarlıq edib:

"Mən həmişə demişəm hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər".