Xəbər Almaniyada miqrantlar əleyhinə etiraz və sığınacaqlara hücumlar davam edir

Almaniyada miqrantlar əleyhinə etiraz və sığınacaqlara hücumlar davam edir

Müəllif: Xeberim.az on in Dünya
1st Image
“Focus Online” nın məlumatına görə Almaniyanın Potsdam şəhərində sağyönümlü “Pegida" hərəkatının çağırışı ilə miqrantlar və müsəlmanlar əleyhinə növbəti nümayiş keçirilib.

Nümayiş iştirakçıları millətçi və ksenofob şüarlar səsləndiriblər. Etirazçılar federal hökumətin qaçqınların qəbulu ilə bağlı siyasətini tənqid edib, miqrantlara sığınacaq verilməsinə qarşı çıxıblar. Paralel olaraq ərazidə “Pegida” əleyhdarları da aksiya keçirib. Tərəflər arasında toqquşmaların qarşısını almaq üçün aksiyanın keçirildiyi əraziyə polislər olunub. Bu arada Almaniyada bir gündə 2 miqrant sığınacağı yandırılıb. Yanğınlardan biri Bonn yaxınlığında, digəri isə Münhendə qeydə alınıb. Bonn yaxınlığında qaçqınların məskunlşadığı tikildə baş verən yanğın nəticəsində  4 nəfər yaralanıb. Yaralılardan 3-ü  azyaşlıdır. Onlardan biri ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Münhendə isə miqrant sığınacağında yanğın nəticəsində mühafizə xidmətinin əməkdaşı yaralanıb. Binadan 75 sakin təxliyə edilib. Hər iki faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, ötən il Almaniyada miqrant sığınacaqlarına 925-dən çox hücum olub.