Xəbər “Formula-1”in azərbaycanlı elçiləri seçildi- FOTO

“Formula-1”in azərbaycanlı elçiləri seçildi- FOTO

Müəllif: Xeberim.az on in İdman
1st Image
Avropa Qran Prisinə 130 günün qaldığı ərəfədə "Formula 1"in elçiləri seçilib.

Əməliyyat şirkətindən Azadinform-averilən məlumata görə, Azərbaycanın əməkdar artisti, bəstəkar və Bakı 2015 Avropa Oyunlarının ulduz elçilərindən biri Tünzalə Ağayeva, Formula 1 şərhçisi Rəhim Əliyev və Formula 3 yarışlarında Azərbaycanı təmsil edən gənc pilot Gülhüseyn Abdullayev F1 Avropa Qran Prisininin ilk rəsmi elçiləri adına layiq görülüblər. 

 

Rəsmi elçilər, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) F1 Avropa Qran Prisi ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edəcək, bu yarışla bağlı aparılan kampaniyalara dəstək verəcək və şəxsi sosial media kanalları vasitəsilə öz pərəstişkarları ilə yanaşı ümumilikdə ictimaiyyət arasında Avropa Qran Prisinin təbliğinə çalışacaqlar.

 

Seçilən rəsmi elçilər Azərbaycanda ilk dəfə keçiriləcək "Formula 1" yarışı haqqında məlumatın daha geniş ictimaiyyətə çatıdırılmasında böyük potensiala sahibdirlər. Ötən il Bakı 2015 ilk Avropa Oyunlarında uğurla iştirak etmiş könüllülər komandasının ulduz elçisi Tünzalə Ağayeva eyni ənənəni bu il də Avropa Qran Prisində davam etdirəcək. 

 

Avropa Qran Prisinin rəsmi elçisi adına layiq görülən Rəhim Əliyev 2010-cu ildən bəri “İdman-Azərbaycan” kanalında efirə gedən və Azərbaycanda Formula 1 haqqında yayımlanan yeganə verilişin şərhçisidir. O, ölkədə Formula 1 həvəskarlarını bir araya gətirən azarkeş klubunun da rəhbəridir. 

 

Rəsmi elçi seçilən Gülhüseyn Abdullayev Azərbaycanı dəfələrlə avtoidman yarışlarında uğurla təmsil edib və hazırda Formula 3 pilotudur. Bu gənc pilot ötən ayın sonunda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Formula Gulf 1000” yarışında ən yaxşı nəticə göstərərək birinci yerin sahibi olub. 

 

BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai rəsmi elçilərin sayının artacağınə deyib. “Biz bu gün F1 Avropa Qran Prisinin təbliğində öz imkanlarını səfərbər edəcək rəsmi elçilərin ilk üçünün adını açıqlayırıq və onların sırasına tezliklə yenilərini əlavə edəcəyik. Azərbaycanlılarla yanaşı xarici ulduzlar arasından seçilmiş elçilərimiz də olacaq. Onlar Avropa başda olmaqla Formula 1 yarışına marağın olduğu hər yerdə bu yarış həvəskarlarına Avropa Qran Prisini tanıdacaqlar”.

 

2016-cı il Formula 1 Avropa Qran Prisinin 17-18-19 iyun 2016-cı ildə keçirilməsi nəzərdə tutulub.