Xəbər Ermənistanın Gümrü vilayətinin sakinləri təlaş içərisindədirlər

Ermənistanın Gümrü vilayətinin sakinləri təlaş içərisindədirlər

Müəllif: Xeberim.az on in Dünya
1st Image
102-ci hərbi baza ilə Gümrü sakinləri arasında problem yaranıb. Bu barədə Ermənistan parlamentinin deputatı Martun Qriqoryan məlumat verib. Onun sözlərinə görə hərbi bazanın əsgərləri tez-tez ətraf evlərə hücum edirlər. Sonuncu hadisə zamanı sərxoş hərbçisi yerli sakin Ruzanna Eronisyanın evinə girməyə çalışıb.

Ötən il isə Avetisyanlar ailəsinin 6 üzvü 102-ci hərbi bazanın əsgəri Valeri Permyakov  tərəfindən qətlə yetirilib. Gümrü sakinləri həmin vaxt bazanın şəhərdən çıxarılması tələbi ilə aylarla davam edən aksiya keçirib. Nəticə isə yoxdur. Deputat Martun Qriqoryan yerli məsul şəxsləri məsələyə ciddi yanaşmağa çağırıb. Hərbi bazaya nəzarət  gücləndirilməlidir. Sakinlər bildirirlər ki, əsgərlər çox vaxt sərxoş və ya  narkotik təsiri altında olurlar. Şirak əyalətinin prokuroru Raffi Aslanyanın sözlərinə görə hərbi hissəsini qeyri-qanuni tərk edib, əhalini təhdid edən əsgərlərlə bağlı  artıq komandirlərinə məlumat verilib. Məsələ ilə bağlı rəsmi açıqlama 10 gün ərzində ediləcək. Hüquq müdaifəçici Levon Barseqyan isə Gümrüdəki hərbi bazalardan bu cür şikayətlərin sayının çox olduğunu deyir. Vətəndaşlar 102-ci hərbi bazanın yaşadıqların ərazidən çıxarılmasını tələb edirlər.

“Xəbərlər”, Azərbaycan Televiziyası