Xəbər Külli miqdarda qaçaqmalın qarşısı alınıb

Külli miqdarda qaçaqmalın qarşısı alınıb

Müəllif: Xeberim.az on in Hadisə
1st Image
2016-cı ilin 11 fevral tarixində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

 DSX-dən SİA-ya verilən məlumata görə, Qazax rayonunun Babakər yüksəkliyi istiqamətində yerləşən sərhəd zasta­vasının xidməti sahəsindən Gürcüs­tan­dan Azərbaycan Respubli­kasına qaçaq­malın keçirilməsi barədə daxil olmuş məlumat əsasında ehtimal olunan ərazidə axtarış tədbirləri həyata keçirilib.  

Bu tədbirlər nəticəsində saat 03:00 radələrində dövlət sərhəd xəttinin yaxınlığında dövlət nömrə nişanı 35 BH 057 olan “Kamaz” markalı nəqliyyat vasitəsinə 5-6 nəfər tərəfindən iri buynuzlu mal-qaranın və müxtəlif ölçülü bağlamaların yüklənməsi aşkar edilib.

Axtarış qrupu tərəfindən yaxalanarkən havanın qaranlıq və dumanlı olma­sın­dan istifadə edən sərhəd pozucuları qaçaqmalı hadisə yerində qoyaraq Gürcüstan istiqamətində geri qaçmağa müvəffəq olublar.

“Kamaz” markalı nəqliyyat vasitəsinin sürücüsü sərhədçilərin havaya xəbərdarlıq atəşinə məhəl qoymamiş, avtomobili yüksək sürətlə hərbi qulluq­çuların üzərinə sürərək onların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmış və hadisə yerindən uzaqlaşmağa çalışıb.

Sərhədçilər tərəfindən məlumatlandırılmış DYP əməkdaşlarının saxlama tələ­binə tabe olmayan nəqliyyat vasitəsinin sürücüsü qurulmuş maneəni vurub keçmiş, avtomobilin yük yerindəki qaçaqmalı yerə salaraq  onu təqib edənlər üçün maneə yaratmaqla qaçmağa cəhd göstərib.

Həyata keçirilmiş tədbirlər nəticəsində “Kamaz” markalı nəqliyyat vasitəsi Ağstafa rayonunun Poylu kəndi ərazisində saxlanılmışdır. Avtomobilin sürücü­sünün 1980-cı il təvəllüdlü, Qazax rayonu Daş Salahlı kənd sakini Süley­manov Samir Siyavuş oğlu olduğu müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 6 baş at, 30 baş buzov və 12 bağla­mada 90 adda 44 374 ədəd müxtəlif dərman pereparatlarından ibarət qaçaqmal aşkar edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.