Xəbər Şahmat Olimpiadasının keçirilmə vaxtı dəyişdirilib

Şahmat Olimpiadasının keçirilmə vaxtı dəyişdirilib

Müəllif: Xeberim.az on in İdman
1st Image
Bakıda təşkil olunacaq Şahmat Olimpiadasının keçirilmə vaxtı dəyişdirilib.

Azadinform xəbər verir ki, ölkəmizdə ilk dəfə təşkil olunacaq yarış nəzərdə tutulan tarixdən tez başlayacaq. 

Belə ki, Olimpiadanın paytaxtımızda bu il sentyabrın 14-30-da keçirilməsi planlaşdırılırdı. Lakin ölkəmizdə sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə bağlı turnir irəli çəkilib. FİDE-nin yeni qərarına əsasən, yarış sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. 

Bakıda təşkil olunacaq FİDE-nin konqresi isə sentyabrın 4-14-nə təsadüf edəcək.