Xəbər `Azərbaycan mənim də vətənimdir` - Çavuşoğlu

`Azərbaycan mənim də vətənimdir` - Çavuşoğlu

Müəllif: Xeberim.az on in Münasibət
1st Image
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

AzVision.az xəbər verir ki, görüşdən sonra nazirərin birgə mətbuat konfransı keçirilib. Nazir Elmar Məmmədyarov vurğulayıb ki, bu, Çavuşoğlunun Azərbaycana bu il ilk rəsmi səfəridir:

“Bu gün səhər Mövlud bəy prezidentlə görüşüb. Biz ikitərəfli, həm təktəbək, həm də geniş tərkibdə müzakirə etmişik. Biz bir millət iki dövlət prisnipi ilə Azərbaycan və Türkiyə arasında iş birliyi qururuq. Çox geniş müzakirə etmişik və mən Mövlud bəyi təhlükəsizlikə bağlı, Dağlıq Qarabağ münaqişəsi, həmsədrlərin regiona səfərləri ilə bağlı onu məlumatlandırmışam. Türkiyə də Minsk qrupunun üzvüdür, o da Cənubi Qafqaza tezliklə sülhün gəlməsini, Azərbaycan torpaqlarının işğaldan azad olunmasını dəstəkləyir”.

E.Məmmədyarov bildirib ki, İranın xairic işlər naizri də Bakıda olanda razılaşma əldə olunub ki, İranda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü olsun.

“İqtisadi baxımdan böyük layihələr var. Bakı-Tiblisi-Qars. Bununla bağlı da Mövlud bəyi məluamtlandırmışam. Bir ay ərzində çox güman ki, Gürcüstanda 3 tərəfli görüş olacaq. Bu il bu dəmiryolu istifdəyə veriləcək. İnanırıq ki, böyük imkanlar yaradacaq”.

Nazir məlumat verib ki, türkiyəli həmkarı ilə görüşdə TANAP da müzakirə mövzusu olub: “İnanırıq ki, Azərbaycanla Türkiyə bu layihəni 2018-19-cu illərdə təhvil verəcək”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Bakıya ilk rəsmi səfərinin təəssüratlarını bölüşüb. O vurğulayıb ki, Azərbaycanı öz vətəni hesab edir:

“Bu gün dəyərli dostum Elmar bəyin dəvəti ilə Bakıya rəsmi səfərim başlayıb. Bura mənim öz vətənimdir. Əvvəllər də tez-tez gəlmişəm. Xarici işlər naziri ilə yanaşı digər rəsmilərlə də münasibətlərim olub. Göstərilən qonaqpərvərlik üçün minnətdaram. Hər gələndə Azərbaycanın daha da gücləndiyini görürük və bu bizi sevindirir. Eyni zamanda iki ölkə arasındakı münasibətlər də inkişaf edir.

Prezident səviyyəsində qəbul olunan qərarların tətbiq olunmasını izləyirik. İkitərəfli münasibətlərin hər sahədə inkişaf etdirilməsinə çalışırıq. Ticarət həcmini 15 milyard dollara çıxarmaq üçün səylərimiz davam edir. Bir çox ortaq layihəmiz var. Son olaraq TANAP layihəsi üzərində işlər başlayıb və davam etdirilir. Bu bizim üçün strateji əhəmiyyətli layihədir. Bakı-Tbilisi- Qars dəmiryolu layihəsi bu il tamamlanacaq, bu layihənin fəaliyyətə başlaması üçün Gürcüstanla işlərimiz davam etdirilir.

Qeyd etiklərim və digər layihələrin reallaşdırması istimqaətində Azərbaycanla Türkiyə birlik olub.
Bundan əlavə qeyd edim ki, Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirlərinin3 tərəfli görüşü üçün çalışırıq və bu görüş də baş tutub”.

Türkiyəli nazir Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib: “Bu ziyarətim həm də Xocalı soyqırımının il dönümünə təsadüf etdi. Burada bir daha qətlə yetirilən qardaşlarımıza rəhmət diləyirəm. Türkiyə parlamentində bununla bağlı qərarlar qəbul edib, açıqlamalar verib. Türkiyədə də anım mərasimləri keçirirlir. Sabah da İlham Əliyevlə birgə Xocalı abidəsini ziyarət edəcək və rəhmətə gedənləri anacağıq. Həmçinin Milli Məclisin sədri Oqtay Əsədovla da görüşümüz olacaq”.