Xəbər İsraildə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçiriləcək

İsraildə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçiriləcək

Müəllif: Xeberim.az on in Dünya
1st Image
Milli Məclisin deputatları Rauf Əliyev və Rasim Musabəyov Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün fevralın 24-də İsrailin Tel-Əviv şəhərinə səfər edəcəklər.

Parlamentdən verilən məlumata görə, tədbirlər Heydər Əliyev Fondunun dəstəyi ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası tərəfindən həyata keçirilir.
Anım mərasimləri zamanı İsrail Knessetinin  Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Aviqdor Libermanın təşəbbüsü ilə Xocalı faciəsi nəticəsində həlak olanların xatirəsinə Prezident Meşəsində 600-dən çox ağac əkiləcək. Millət vəkilləri Xocalı hadisələri,Dağlıq Qarabağ münaqişəsi barədə mərasim iştirakçılarına geniş məlumat verəcəklər. Deputatlar səfər çərçivəsində keçiriləcək digər tədbirlərə də qatılacaqlar. Səfər fevralın 27-də başa çatacaq.