Xəbər Ermənistanda hökümət qüvvələrinin fəallara qarşı təzyiqi etirazlara səbəb olub

Ermənistanda hökümət qüvvələrinin fəallara qarşı təzyiqi etirazlara səbəb olub

Müəllif: Xeberim.az on in Dünya
1st Image
Bütün sahələrdə iflasa uğrayan Ermənistanda ictimai-siyasi vəziyyət daha da gərginləşib. Hökumətə etiraz edən vətəndaş hərəkatı həbs olunmuş üzvlərinin azadlığa buraxılması tələbi ilə aksiya keçirib. Polis nümayişçilərə zor tətbiq edərək dağıdıb.

Ermənistanda “Yeni Ermənistan” vətəndaş hərəkatı İrəvan yaxınlığındakı “Nubaraşen” təcridxanasının qarşısında toplaşıblar. Penitensionar xidmətin işçiləri aksiya keçirməyə hazırlaşan fəallara imkan verməyiblər. Əraziyə polis qüvvələri cəlb olunub. Fəallarla hökümət qüvvələri arasında aparlan danışıqlar nəticəsiz qalıb. Aksiya, hərəkatın üzvü Gevorq Səfəryanın və daha üç fəalın azadlığa buraxılması tələbi ilə keçirilib.

Pavlik Manukyan - “Yeni Ermənistan” vətəndaş hərəkatının üzvü:

-  Hökümət fəaliyyətimizdən narahatdır. Onlar yoldaşlarımızı girov saxlayırlar. Düşünürlər ki, bir geri çəkiləcəyik.  Deyirlər ki, pentensiar xidmətin ərazisində aksiya keçirmək olmaz. Biz də ərazidəki zir-zibili göstərib təklif etdik ki, buraları təmizləsələr yaxşı olar. Ermənistanda ərazini ancaq zəbt edirlər, ancaq təmiz saxlamırlar? Bütün ölkə  zibillikdir, insanlardan başlamış parlamentə, prezident iqamətgahına qədər.

Yanvarın 1-də Gevorq Safaryan vətəndaş hərəkatının fəalları ilə İrəvanda Şaxta baba geyimində gəzinti təşkil edərkən polis onları saxlayıb. Safaryan polisə qarşı zor tətbiqi ittihamı ilə həbs olunub. Onun saxlandığı təcridxanada normal şərait yoxdur. Siyasi məhbus hələ də ümumi kamerada saxlanılır.

Jirayr Səfilyan - “Yeni Ermənistan” vətəndaş hərəkatının rəhbəri:

- Onlar siyasi baxışlarına görə həbs ediliblər. Burada asayiş pozuntusu ittihamında söhbət belə gedə bilməz. Bütün günü vətənpərvərlikdən danışırlar. Sonra da gəncləri həbsə atırlar.

“Yeni Ermənistan” vətəndaş hərəkatının yaydığı bəyanatda deyilir ki, siyasi məhbuslarla bağlı artıq beynəlxalq məhkəmələrə müraciət hazırlanıb. Hakimiyyət dairələrinin cinayətləri, kriminal fəaliyyəti vətəndaşları təngə gətirib. Talançılıq, mövcud resurslarının istimarı, korrupsiya, rüşvətxorluq, vətəndaş haqları və azadlıqlarının kobud şəkildə pozulması Ermənistanda vəziyyəti günbəgün ağırlaşdırır.

“Xəbərlər”, Azərbaycan Televiziyası