Xəbər İlham Əliyev Ərdoğanı təyyarədə Çərşənbə süfrəsinə dəvət etdi - Video

İlham Əliyev Ərdoğanı təyyarədə Çərşənbə süfrəsinə dəvət etdi - Video

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə birgünlük səfəri başa çatıb.
Azərbaycan prezidentinin yolasalma mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən iştirak edib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb.
Sonra Azərbaycan prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təyyarəsinə dəvət edib. Onlar Axır çərşənbə süfrəsi arxasında söhbət ediblər.
Qeyd edək ki, bu hal artıq ikinci dəfədir yaşanır. Azərbaycan prezidenti İlham Əliyev ötən il martın 17-də də Türkiyəyə - Qars şəhərinə işgüzar səfər etmişdi.O zaman da, 
dövlət başçısı İlaxır çərşənbə münasibətilə Türkiyə prezidentini təyyarəyə çay süfrəsinə dəvət etmişdi.