Xəbər İlham Əliyev Azərbaycan xalqını təbrik etdi - Video

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi - Video

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev dünən təcili olaraq Təhlükəsizlik Şurasının toplantısını çağırıb.

“Qafqazinfo” xəbər verir ki, həmin toplantı cəbhə bölgəsindəki döyüşlərdə həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Prezident həmin görüşdə Ermənistan hökumətinə sərt xəbərdarlıq edib. Ölkə başçısı eyni zamanda Azərbaycanın şəxsi heyətini və xalqını təbrik edib. Dövlət başçısı Ermənistanın Azərbayacana qarşı növbəti silahlı təxribat törədiyini qeyd edib:

“Ermənistan təmas xəttində yerləşən mövqelərimizə hücum çəkib. Təmas xəttinə yaxın yerlərə yerləşən yaşayış məntəqələrini atəşə tutub.

Bu gün erməni təxribatı Azərbaycan ordusu tərəfindən layiqincə cavablandırdı, ona böyük zərbələr endirildi. Düşmən böyük itkilər verdi, sarsıdıcı zərbə vuruldu. Qəhrəman döyüşçülərimiz eyni zamanda daha əlverişli hərbi mövqelərə malik oldular, Azərbaycanın təmas xəttindəki üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat təxribata cavab olaraq aparılıb, biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə ordumuzu, bütün Azərbaycan xalqını təbrik edirəm. Ermənistanın bu təxribatının səbəbi də mənim üçün sirr deyil. Ermənistan sülh istəmir, bütün səyləri ona yönəldib ki, maksimum status-kvonu saxlaya bilsin. Bunun sübutları var, danışıqlar 20 ildən artıqdır ki, aparılır. Həmişə bu ölkə təxribatlara əl atıb”.