Xəbər Ali Baş Komandana könüllü cəhbəyə getmək istəyənlərin müraciətlərinin arası kəsilmir

Ali Baş Komandana könüllü cəhbəyə getmək istəyənlərin müraciətlərinin arası kəsilmir

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Son günlər cəbhə xəttində Azərbayan ordusunun işğal edilmiş Qarabağ bölgəsindəki erməni terrorçularının təxribatlarına layiqli cavab verməsi ölkə vətəndaşları və digər ölkələrdə yaşayanlar tərəfindən alqışlanır.

Azərbaycan Prezidenti, Ali baş Komandan İlham Əliyevin rəsmi veb saytına da daxil olan məktublar Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin ölkəmizin müdafiəsi, ərazi bütövlüyümüzün qorunması istiqamətində atdığı addımların dəstəkləndiyini göstərir. Çox təqdirəlayiqdir ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların da bu cür müraciətləri aramsız olaraq daxil olur. Təqdim etdiyimiz videosüjetdə Ali Baş Komandana edilən müraciətlərdən bir neçəsi qeyd olunur.