Xəbər Filippin mətbuatı Dağlıq Qarabağda ermənilərin təxribatlarından yazır

Filippin mətbuatı Dağlıq Qarabağda ermənilərin təxribatlarından yazır

Müəllif: Xeberim.az on in Dünya
1st Image
Filippinin “The Standard” qəzetində aprelin əvvəllərində Dağlıq Qarabağda qoşunların təmas xəttində baş vermiş gərginlikdən bəhs edən məqalə dərc olunub.

Məqalədə bildirilir ki, Azərbaycan beynəlxalq ictimaiyyəti ərazilərini işğal etmiş Ermənistanı qınamağa və qoşunlarını dərhal işğal olunmuş ərazilərdən geri çəkməsini tələb etməyə çağırır.

Azərbaycanın İndoneziyadakı səfirliyinin bəyanatı əsasında hazırlanan məqalədə bildirilir ki, ölkəmiz dəfələrlə Ermənistanı beynəlxalq qanunlara uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq hüququn prinsiplərinə riayət edərək münaqışənin danışıqlar yolu ilə həlli prosesində konstruktiv mövqe nümayiş etdirməyə çağırıb. Azərbaycan torpaqlarının hərbi işğalı heç vaxt məsələnin həllində Ermənistanın arzu etdiyi siyasi nəticəyə gətirib çıxarmayacaq. Ermənistan tərəfi bu reallığı nə qədər tez dərk edərsə, münaqişə o qədər tez həll olar və hər iki ölkə, həmçinin bütün region əhalisi də sülh içində əməkdaşlıq və iqtisadi inkişafdan faydalanar.

Hadisə barədə ətraflı məlumatın əks olunduğu yazıda qeyd edilir ki, aprelin 2-də Ermənistan qoşunları Azərbaycan kəndlərini artilleriya atəşinə tutub və növbəti hücuma cəhd edib. Azərbaycanın bir neçə mülki əhalisi həlak olub, yaralanıb və onlara çoxsaylı maddi zərər vurulub. Öz mülki əhalisinin təhlükəsizliyini qorumaq məqsədilə Azərbaycan silahlı qüvvələri lazımi əks tədbirlər görüb, öz sərhədləri çərçivəsində kiçik miqyaslı hərbi əməliyyat keçirərək Ermənistan qoşunlarının növbəti təcavüzünün qarşısını alıb.

Məqalədə vurğulanır ki, Ermənistan tərəfi neçə illərdir atəşkəsi pozmaqda davam edir və kəndlərimizi iriçaplı silahlardan atəşə tutur. Azərbaycan tərəfi bu faktı və Ermənistanın işğal əməlini dünya ictimaiyyətinin nəzərinə dəfələrlə çatdırıb və bu faktın region üçün ciddi təhlükə mənbəyi olduğunu bəyan edib.

Hərbi təcavüzdən əlavə olaraq, Ermənistan işğal etdiyi ərazilərdə qeyri- qanuni iqtisadi və digər fəaliyyətlərlə məşğul olur, həmçinin etnik erməniləri işğal olunmuş Azərbaycan torpaqlarına köçürərək həmin əraziləri Ermənistana ilhaq etməyə çalışır.//AZƏRTAC