Xəbər Yunanıstanda müəllimlər etiraz aksiyası keçiriblər

Yunanıstanda müəllimlər etiraz aksiyası keçiriblər

Müəllif: Xeberim.az on in Dünya
1st Image
Yunanıstanda yüzlərlə müəllim nümayiş keçirib.

Onlar parlament binası qarşısında toplaşaraq hökumətin təklif etdiyi islahatlara qarşı çıxıblar. Aksiya iştirakçıları işə qəbul siyasətindəki dəyişikliklərlə bağlı təqdim olunmuş yeni qanun layihəsinə etirazlarını bildiriblər. Onlar müəllimlərin işə qəbulu ilə bağlı yeni sistemin yaradılmasını tələb ediblər. Bir qrup nümayiş iştirakçısı parlamentə daxil olmağa çalışıb. Polisin onların cəhdinin qarşısını alması toqquşmalara səbəb olub.