Xəbər Fransada keçirilən aksiyalarda çox sayda etirazçı saxlanılıb

Fransada keçirilən aksiyalarda çox sayda etirazçı saxlanılıb

Müəllif: Xeberim.az on in Dünya
1st Image
Fransanın Paris və Nant şəhərlərində yeni əmək qanunvericiliyinə qarşı etiraz aksiyaları keçirilib.

 BFM Tv-nin xəbərinə görə, Parisin Stalinqrad meydanında polis aksiyaçıların qarşısını kəsərək onların digər ərazilərlər axlınnın qarşısını alıb. 400-dən çox tələbənion iştirak etdiyi aksiyada polisə daş və partlayıcı maddələr atıb, zibil konteynerlərini dağıdıblar. Polis aksiyaçılara qarşı gözyaşardıcı qaz tətbiq edib. Aksiyalarda 4 nəfər xəsarət alıb, 3 nəfər saxlanılıb. Onlara qarşı polisə müqavimət ittihamı irəli sürülüb.

Nant şəhərində baş vermiş etirazlarda isə 800-dən çox adam iştirak edib. Bir qrup etirazçı poklisə partlayıcı atıb, ətrafdakı obyektlərə zərər verib. Polis etirazları yatırmaq üçün gözyaşardıcı qaz tətbiq edib. 18 nəfər saxlanılıb.

Tuluzda baş tutan aksiyalarda da çox sayda tələbə iştirak edib. Aksiyalara görə, universitet və liseylərdə təhsil dayanıb.

Monpelyedəki nümayişlərdə isə aksiyaçılar zibil qablarına od vurub, binaların pəncərələrini sındırıblar. Min nəfərin iştirak etdiyi aksiyada 30 nəfər saxlanılıb, 15 nəfər barədə həbs qətimkan tədbiri seçilib. Şəhərdə tramvayın hərəkəti dayandırılıb.