Xəbər Ağdaşda yük və minik avtomobilləri toqquşub, dörd nəfər xəsarət alıb

Ağdaşda yük və minik avtomobilləri toqquşub, dörd nəfər xəsarət alıb

Müəllif: Xeberim.az on in Hadisə
1st Image
Ağdaş rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə rayonun Ləki qəsəbəsi ərazisində qeydə alınıb. Məlumata görə, “VAZ 2106” markalı minik avtomobili “KaMAZ” markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı Ləki qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Bağırov Alim Rizvan oğlu, 1987-ci il təvəllüdlü Xəlilov Ayaz Tapdıq oğlu, 1995-ci il təvəllüdlü Bağırov Ümid Rizvan oğlu, 1981-ci il təvəllüdlü Hüseynova Səfa Feyruz qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. //Apa