Xəbər İslam Həmrəyliyi Oyunlarının yeni loqosu və brendi - təqdim edildi

İslam Həmrəyliyi Oyunlarının yeni loqosu və brendi - təqdim edildi

Müəllif: Xeberim.az on in İdman
1st Image
Gələn il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının yeni loqosunun və Oyunların brendinin təqdimat mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 7News.Az-a daxil olan məlumata görə, mətbuat konfransı zamanı keçirilən təqdimat mərasimində loqonun Azərbaycanlı dizaynerlər qrupu tərəfindən hazırlandığı diqqətə çatdırılıb. Bildirilib ki, loqo İslam dövlətlərinin tarixi, irsi və mədəniyyəti özündə bilrləşdirib. Yeni Bakı 2017 brendinin əsas mövzusuna gəldikdə isə burada əksər müsəlman dövlətlərinə xas olan zəngin mədəni ənənənin tərkib hissəsi olaraq, xalçaçılığın müasir təsviri yer alıb. 

Nazir, AISGOC-nin baş icraçı direktoru cənab Azad Rəhimov bildirib: “Müasirliyi ilə yanaşı Dünyanın İslam dövlətlərinin zəngin mədəni tarixini özündə əks etdirən Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının yeni brendinin təqdimatını keçirməkdən məmnun olduq. Tarixi, mədəniyyəti, keçmişi və gələcəyi özündə cəmləşdirən brendin oyunların ictimaiyyət tərəfindən daha çox tanınmasında əvəzsiz rol oynayacaq.” 

Qeyd edək ki, yeni brend Bakı 2017-nin yenilənmiş rəsmi internet saytının istifadəyə verilməsi çərçivəsində hazırlanıb. 

İslam Həmrəyliyi Oyunlarının yeni loqosu və brendi təqdim edildi

İslam Həmrəyliyi Oyunlarının yeni loqosu və brendi təqdim edildi