Xəbər Ermənistanda “Siyasi məhbuslara azadlıq” tələbi ilə aksiya keçirilib

Ermənistanda “Siyasi məhbuslara azadlıq” tələbi ilə aksiya keçirilib

Müəllif: Xeberim.az on in Dünya
1st Image
Tamamilə iflasa uğrayan Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. “Yeni Ermənistan” vətəndaş hərəkatı, üzvlərinə qarşı təzyiqlərin dayandırılmasını tələb edir.

“Yeni Ermənistan” vətəndaş hərəkatı Avropa məhkəməsinə müraciət hazırlayıb. Müraciətdə, siyasi məhbusların dərhal azadlığa buraxılması, fəallara qarşı təzyiqlərə son qoyulması tələb olunur. Bildirilir ki, işğalçı ölkədəki vəziyyət represiyanı xatırladır. Fəalların sərbəst toplaşmaq  hüquqları belə yoxdur. Yanvar ayında etibarən onlar mərkəzi meydana buraxılmırlar. Hərəkatın 30-a yaxın üzvü müxtəlif bəhanələrlə həbs olunub. Gənc fəal Gevorq Safaryanın həbs müddəti bitsə belə, o, hələ də azadlığa buraxılmayıb. “Yeni Ermənistan” vətəndaş hərəkatı bununla bağlı apellasiya məhkəməsinə müraciət etsə də rədd cavabı alıb.

Safaryanın yenidən həbsə alınmasından qəzəblənən fəallar Apellyasiya məhkəməsi qarşısında etiraz aksiyası keçiriblər. Polislə nümayişçilər arasında qarşıdurma yaranıb. Bir qrup fəal həbs olunaraq polis bölmələrinə aparılıb. //aztv.