Xəbər Bakı Şahmat Olimpiadasının talismanı: “Şah oğlan”

Bakı Şahmat Olimpiadasının talismanı: “Şah oğlan”

Müəllif: Xeberim.az on in İdman
1st Image
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının talismanı “Şah oğlan” paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunur.

Şahmat həvəskarları bazar ertəsindən başqa, həftənin bütün günlərində “28 Mall”, “Park Bulvar” və “Metro Park” alış-veriş mərkəzlərində “Şah oğlan”ı görə və onunla şəkil çəkdirə bilərlər. Bu məkanlarda, həmçinin Bakı Şahmat Olimpiadasının məlumat mərkəzləri fəaliyyət göstərir. Mötəbər yarışla bağlı istənilən suala həmin mərkəzlərdən cavab tapmaq mümkündür.

“Şah oğlan” saat 15:00-dan 18:00-dək alış-veriş mərkəzlərində, saat 19:00-dan 21:00-dək isə Dənizkənarı Milli Parkda və Fəvvarələr meydanında nümayiş etdirilir.