Xəbər "Ölkədə söz azadlığı yoxdur dedikləri halda, hər gün yalan xəbərlərlə çox rahat çıxış edə bilirlər" - Heydərli Məzahir

"Ölkədə söz azadlığı yoxdur dedikləri halda, hər gün yalan xəbərlərlə çox rahat çıxış edə bilirlər" - Heydərli Məzahir

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Çox dəyərli millət vəkilimiz Məlahət Ibrahim qızı sonuncu iclasda çox gözəl təklif irəli sürüb.
Mən də gənc media nümayəndəsi kimi istərdim ki, əsassız xəbərlər yayan, sifarişlə çalışan, ölkənin media imicinə xələl gətirən qurumların fəaliyyəti dayandırılsın.

Ölkədə söz azadlığının olmadığını dedikləri halda hər gün saysız yalan və böhtan dolu xəbərlərlə media gündəmində çox rahat şəkildə çıxış edə bilirlər. Onların etdikləri media və söz azadlığından sui istifadədir. Hər xəbərləri artıq şablon şəklini alaraq ilk növbədə özlərini reklam etməklə başlayır daha sonra bu xəbərə yalan məlumat calanır. Bu növ media orqanlarından yalan xəbərləri ilə gündəmə gəlmək istəyən Meydan TV və Sancaq səhifəsidir.

Ölkə düşmənləri tərəfindən idarə olunan bu qurum barəsində tezliklə tədbir alınmasını çox insan gözləyir.