Xəbər Ermənistanda əhalinin 87% yoxsul yaşayır

Ermənistanda əhalinin 87% yoxsul yaşayır

Müəllif: Xeberim.az on in Dünya
1st Image
Bütün sahələrdə iflasa uğrayan Ermənistanda iqtisadi böhrandan çıxış yolu tapılmır. Əhalisnin 87%-nin yoxsul həyat tərzi sürdüyü işğalçı ölkədə sosial problemlər günü-günüdən çoxalır.

Ermənistan vətəndaşlarının böyük əksəriyyəti yoxsulluq həddində yaşayır. Bu barədə herkt.armenian xəbər portalı məlumat yayıb.  Bildirilir ki,  ölkənin bir milyona yaxın vətəndaşı səfil həyat tərzi sürür. Bu da əhalinin 87 faizi deməkdir. Onların  300 min nəfərini yəni,  41,4 faizini   uşaqlar təşkil edir. Ermənistanda insanların yarı ac, yarı tox yaşamasına ölkədəki natamam idarəetmə sistemi səbəb olub.

Qeyd edilir ki, son on ildə vəziyyət daha kritik hədd alıb. Hakimiyyətin səriştəsiz siyasəti Ermənistanı tamamilə iflasa uğradıb. Ermənistanın milli sərvəti əhalinin yalnız 3,2 faizinin əlindədir. Rəsmi statistik məlumata əsasən ilin 9 ayı ərzində ticarət dövriyyəsi illik hesabla 33 faiz aşağı düşüb.

Bunun əsas səbəblərindən biri Ermənistan iqtisadiyyatında davam edən tənəzzüllə yanaşı, xarici transfertlərin ümumi həcminin azalmasıdır. Ölkədə əsas qida məhsullarının qiymətləri isə ötən illə müqayisədə 4 dəfə bahalaşıb. Ekspertlər bunu enerji tariflərinin 17 faiz artması ilə əlaqələndirirlər.