Xəbər “Şahdağ” bayraq və buklet paylayıb

“Şahdağ” bayraq və buklet paylayıb

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
"Şahdağ Xeyriyyə” İctimai Birliyi oktyabr ayı ərzində ardıcıl olaraq Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında "Azərbaycanın Dövlət Müstəqilliyi ilə bağlı ictimai tədbirlərin keçirilməsi” layihəsi üzrə tədbirlər keçirib.

Tədbirdə 200 dən artıq məktəbli, gənc, müəllim, media işçisi, icra hakimiyyəti nümayəndələri - Quba rayonu üzrə Mənsur Ağayev (Gənclər və İdman idarəsi rəisinin müavini), Ramin Mahmudov (Yurd QHT sədri), Aynur Yəhyayeva (Quba Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi), Anar Murtuzov (fizika müəllimi) İctimai Televiziya əməkdaşları; Qusar rayonu üzrə Kamala Qırıçova (İcra Hakimiyyətinin baş məsləhətçisi), Fərzəliyev Vadim (İcra Hakimiyyətinin məsləhətçisi), İskəndər Çirimov (hərbi müəllim) və bir neçə məktəb müəllimləri; Xaçmaz rayonu üzrə Əlifxanov Azad (Xaçmaz Rayon Mərkəzi Kitabxanasının müdiri), Hətəmova Rəhimə (Xaçmaz Rayon Uşaq Kitabxanasının müdiri), Əhmədov Zeynal (Mərkəzi kitabxananın şöbə müdiri) və başqa şəxslər iştirak ediblər.

Tədbir iştirakçıları Azərbaycanın Müstəqilliyinin bərpasının 25 illiyi ilə bağlı, Ulu öndər Heydər Əliyevin bu sahədə göstərdiyi xidmətlərdən, respublikamızın qüdrətli bir dövlətə çevrilməsindən, beynəlxalq nüfuzunun artmasından danışıblar.

Sonra layihənin rəhbəri, "Şahdağ Xeyriyyə” İB-nin sədri Rəhilə Teymurova layihənin icra planı üzrə görəcəyi işlərdən danışdı. Azərbaycanın müstəqilliyinin bərpasının 25–ci il dönümü ərəfəsində həyata keçirdiyi layihənin aktuallığından geniş danışıb.

R.Teymurova Ulu öndər Heydər Əliyevin əmək fəaliyyətindən, respublikamızın daxili və xarici siyasətinin uğurlarından danışaraq, Heydər Əliyevin 1993–cü ildən yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda baş verə biləcək vətəndaş müharibəsinin qarşısının alınmasını vurğulayıb.

Layihə rəhbəri R.Teymurova çıxışının sonunda, Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısında ölçüyəgəlməz misilsiz xidmətlərinin ən dəyərli bir nümunə olaraq Azərbaycan xalqının qəlbində daima fərəh hissi ilə yaşayacağını söyləyib.

Tədbirlərin gedişatı dövründə, tədbir iştirakçılarına dövlət bayrağı, icra planı üzrə çap olunmuş 400-ə qədər buklet paylanıb, əhali arasında sorğu keçirilib.