Xəbər Anar Nəcəfli: "Binəqədi şossesindən başqa heç bir yolda subasma ilə bağlı problem yoxdur"

Anar Nəcəfli: "Binəqədi şossesindən başqa heç bir yolda subasma ilə bağlı problem yoxdur"

Müəllif: Xeberim.az on in Münasibət
1st Image
"Hazırda qeyri-sabit hava şəraiti ilə bağlı respublikanın avtomobil yollarında hər-hansı bir problem müşahidə olunmur."

Bunu SalamNews-a "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib.

A.Nəcəfli, həmçinin bildirib ki, Bakıda bəzi ərazilərdə yollarda müşahidə olunan tıxacların yağışlı hava ilə heç bir əlaqəsi yoxdur: "Ötən gün bəzi ərazilərdə yolların su basması ilə müşahidə olunan problemlər aidiyyatı qurumlar tərəfindən aradan qaldırılıb. Bu gün Binəqədi şossesindən başqa heç bir yolda subasma ilə bağlı problem yoxdur. Avtonəqliyyat vasitələrinin normal və maneəsiz şəkildə hərəkəti təmin olunub".

"Binəqədi şossesində isə yaxınlıqda olan bir-neçə açıq su kanallarının daşması nəticəsində yola su dolub. Hazırda bu ərazidə olan problemin aradan qaldırılması istiqamətində aidiyyatı qurumlar tərəfindən işlər aparılır", - deyə mətbuat katibi bildirib.