Xəbər Bəzi "jurnalist"lər məmurları ləkələyir - Vüqar Ələkbərov

Bəzi "jurnalist"lər məmurları ləkələyir - Vüqar Ələkbərov

Müəllif: Xeberim.az on in Münasibət
1st Image
Vəzifəsindən, əqidəsindən, tutduğu mövqeyindən asılı olmayaraq insanda sifət yaxşı şeydi. Birdə var ki sifətsizlər. Çalışın bu sifətsiz insanlardan uzaq olun.

Rekert jurnalistikası hər gün yeni-yeni icadlar edərək pul qazanmağın yollarını genişləndirirlər. Onların yeni icadlarından biri isə ölkədə tanınan media orqanlarının adından istifadə edərək, küllü miqdarda pul istəməsidir. Məmurlar isə belələrinə baxıb bütün mətbuata eyni qiymət verirlər. Əslində isə belə deyil. Bu günkü bəla ondan ibarətdir ki, qaraçı kimi gündə bir müəsissə rəhbərinin qapısında yatıb 5-10 manat güdən "jurnalist"lərin sayı çoxalıb. Hamısıda özünü tərifləyir ki, mən çox güclü yazanam. Ancaq güclü yazanlar qalıb qıraqda. 

Azərbaycan jurnalistləri rekert jurnalistikasından, yalan məlumatlar yaymaqdan uzaq olmalıdır. Jurnalist əsl vətəndaş olmalı, öz məsuliyyətini hiss etməlidir. Mədəniyyətsizlik jurnalistika demək deyil. Burada təhsil də böyük əhəmiyyət daşıyır. Bu gün adını belə yazmağı bacarmayanlar ciblərində vəsiqə gəzdirirlər. Bəla ondan ibarətdir ki, taksi sürücüsüdə cibində jurnalist vəsiqəsi gəzdirir, baytarda, keçmiş tramvay sürücüləridə. 

Bu gün real media oyunu gedir. Bir sayt yazır, atır digərinə, digəri deyir mən yazmışam. Yazı dərc olunduqdan sonra məmurlara telefon açırlar, onlardan dolayı yollarla pul tələb etməyə çalışırlar. Elə bu səbəbdən də o "jurnalist"lər şər-böhtan yazmaqla məmurları ləkələməyə çalışırlar. Nəticədə həmin şantaj elədikləri məmurdan 5-10 manat alıb yazını silirlər. 

Azərbaycan Mətbuat Şurası belə rekert jurnalistlərlə bağlı dəfələrlə tədbir görüblər və həmin tədbirlər davam etməkdədir. Ümid edirik ki, zamanında bu " İLAN GƏZDİRƏN" jutnalistlərərlə bağlı tədbirlər davam edəcəkdir.