Xəbər Bakı dünyanın məşhur turist şəhərləri siyahısında ilk beşlikdə yer alıb

Bakı dünyanın məşhur turist şəhərləri siyahısında ilk beşlikdə yer alıb

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Nüfuzlu tripadvisor.com səyahət məsləhətçisi saytının ötən ilin oktyabrından bu ilin oktyabr ayına qədər topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri beşinci yerdə qərarlaşıb.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, reytinq siyahısı 43 istiqamət üzrə xüsusi uçuşlar, hotel və restoranların bron edilməsi və artan turist maraqları əsasında hazırlanıb. Saytın Asiya-Sakit okean regionu üzrə kommunikasiyalar direktoru xanım Janis Li Fanq reytinq sıralamasında önə çıxan şəhərlərin 2017-ci ildə də səyahət üçün üstünlük verilən məntəqələr arasında olacağına ümid etdiyini bildirib. Əlavə edib ki, bu siyahı səyahətsevərlərin seçimlərinə öz müsbət təsirini göstərəcək. O, həmçinin ölkəmiz və paytaxtımız haqqında da xoş təəssüratlarını bölüşüb: “Biz çox məmnunuq ki, Bakı məşhurlaşmaqda olan turizm məntəqələri siyahısında ön sıralarda dayanır. Səyahətsevərlərin 65 faizi Azərbaycanı Şərqlə Qərbin qovşağında yerləşən qədim tarixə və möhtəşəm mədəniyyətə malik ölkə kimi səciyyələndirdi. Ümidvaram ki, bu gözəl şəhəri 2017-ci ildə də görmək istəyənlərin sayı çox olacaq”.

Siyahıda San-Xose-del-Kabo (Meksika), Uistler (Kanada), Jijoka de Jerikuakuara (Braziliya) və Kihei (Havay, ABŞ) kimi məşhur turistik ünvanlar yer alıb. Saytın təqdim etdiyi onluqda, həmçinin El-Nido (Filippin), Eylat (İsrail), Las-Palmas (İspaniya), Tbilisi (Gürcüstan) və Jodhpur (Hindistan) kimi şəhərlərin də adları var.

Məşhur tripadvisor.com saytı artıq beşinci ildir ki, daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələrinin reytinq sıralamasını açıqlayır.