Xəbər Ermənistan əhalisi sosial-iqtisadi, siyasi sabitliyi olmayan ölkədə yaşamaqdan imtina edir

Ermənistan əhalisi sosial-iqtisadi, siyasi sabitliyi olmayan ölkədə yaşamaqdan imtina edir

Müəllif: Xeberim.az on in Dünya
1st Image
Ermənistan əhalisində hökümətə olan inam tam tükənib və artıq hakimiyyətin heç bir vədinə inanmırlar. Bu da miqrasiya tempini sürətləndirib. Vətəndaşlar sosial-iqtisadi, siyasi sabitliyi olmayan ölkədə yaşamaqdan imtina edirlər.

Ermənistan   vətəndaşlarının kütləvi şəkildə ölkəni  tərk etmələri son 10 ayda da davam edib. Statistika İdarəsinin yaydığı məlumatda deyilir ki, ölkə   ötən ilin eyni dövrü ilə müqayisədə 12 min nəfər az olub. Bu il ərzində Ermənistanı birdəfəlik tərk edənlərin sayıdır. 1991-ci ildən keən dövr ərzində isə  Ermənistan əhalisinin sayının rəsmi olaraq 634,7 min nəfər azaldığı göstərilir. Müstəqil tədqiqatçıların hesablamalarına görə isə Ermənistanı son illər 1 milyona yaxın adam tərk edib və hazırda bu ölkədə faktiki yaşayanların sayı 1 milyon 200 min nəfərdən artıq deyil. Hökümət demoqrafik böhranın qarşısını almaq məqsədilə müxtəlif yollara əl ataraq dünyanın başqa qaynar nöqtələrində yaşayan ermənilərin də Ermənistana qaytarılmasına çalışır. Əhalinin böyük hissəsi isə getdikləri ölkələrdən geri dönmürlər. Vətəndaşlar bunu Ermənistanda   sosial-iqtisadi, siyasi sabitliyinin olmaması ilə əlaqələndirirlər./aztv