Xəbər Azərbaycan mənim idealımın şah əsəridir!

Azərbaycan mənim idealımın şah əsəridir!

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
Mənim idealım isə Ulu Öndər Heydər Əliyev olub.

Heydərli Məzahir: " Bir çox insan uşaq yaşlarından özünə ideal seçir, onun kimi olmağa çalışır. Mənim idealım isə Ulu Öndər Heydər Əliyev olub. Özündən öncə xalqını, vətənini düşünən bir insanı necə ideal seçməyə bilərdim ki? Uşaq yaşlarımdan onun çıxışlarını izləyib, Azərbaycan üçün etdiyi canfəşanlığa nəzər yetirirdim. Evdə valideynlərimin dilindən onun haqda daha çox məlumat alırdım. Şübhəsiz idealımın hamı tərəfindən hörmətlə qarşılandığı, sevildiyi diqqətimi cəlb edirdi. Böyüdükcə ona olan sevgim daha da artırdı. Onu itirən zaman nəinki mən , hətta bütün Azərbaycan xalqı dərin hüzn içində idi. Bu kədər hamını sarsıtmışdı. Lakin ondan sonra dövlət başçımızın İlham Əliyev olduğunu öyrənən kimi əmin əllərdə olduğumuzun fərqinə bir daha vardım. Bu gün çox insan kimi mən də Ölkəmlə fəxr edir, xarici səfərlərdə olduqda, böyük qürur hissi ile milliyətimi söyləyirəm. Çünki her birimiz Ulu Öndərin qurub yaratdığı ölkənin vətəndaşlarıyıq. Mən bir daha fəxr edirəm ki Azərbaycan mənim idealımın şah əsəridir. Bu əsəri isə onun layiqli davamçısı yazır, üstəlik şanlı səhifələrlə"