Xəbər Arzu Həsənzadə: Həmrəylik fərqli diyarlarda eyni səs ola bilməkdir..|Müsahibə|

Arzu Həsənzadə: Həmrəylik fərqli diyarlarda eyni səs ola bilməkdir..|Müsahibə|

Müəllif: Xeberim.az on in Müsahibə
1st Image
Gələcəyə gerçəkçə yanaşan,sözünün kəsərli,əqidəsinin ciddi,iradəsinin yenilməz,addımlarının təhrifsiz,baxışlarının yanlışlardan kənar,istehzasız olan millətimin nümayəndələri ilə eyni kökə sahib olmaq həmrəy ola bilməyin əslini meydana qoyan vacibi arqumentlərdir.

Bizim həmrəyliyimiz qəlb və əməl birliyimizin vəhdət nümunəsidir. Bu fikrləri Xəbərim.az saytına Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Arzu Həsənzadə deyib. O bildirib ki,ixtilafların iştirakçısı və seyircisinə çevrilməmək üçün həmrəyliyimizin təbiətindən irəli gələn səmərəliliyi anlayıb onu daim qorumalıyıq. "Həmrəylik anlayışı bəd fikirlərdən,çirkin niyyətlərdən uzaq bir anlayışdır ki, Azərbaycanımız daima bu yolda sülhün və barışın nümunəsi kimi özünü təsdiqləmişdir. İnsanlarımızın dəyərlərinə olan ehtiramı,birlik olub bu dəyərlə daim sahiblənməsi,birliyimizin dünyanın simasını əlvan rənglərə boyaması milli əhvalı daha da qərarlı və xoş mövqeli edir " - deye Arzu Həsənzadə qeyd edib.