Xəbər Çinin Baic markası 2017 ci ilə möhtəşəm start verib

Çinin Baic markası 2017 ci ilə möhtəşəm start verib

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Artıq 3 ildir Azərbaycan avtomobil bazarında yer alan Çinin Baic markası 2017 ci ilə möhtəşəm start verib.

 Beləki Baic markası bu il Azərbaycan avtomobil həvəskarlarının önünə 6 modellə çıxır. Bu modellər Baic D20, Baic M20, Baic X25, Baic X55, Baic BJ 40 və Baic BJ80 modelləridir. Yuxarıda göstərilən modellərdən Baic D20 və Baic BJ 40 modelləri Azərbaycan alıcılarına tanışdır. Beləki D20 modeli Baic markasının A115 modelinin yenilənmiş formasıdır. D20 həm interyer, həmdə eksteryer baxımından sələfindən çox fərqlənir. D20 modelidə sələfi A115 kimi 2 versiyada təqdim olunur. Bunlar sedan və xecbek versiyalarıdır. D20 modeli artıq Baic markasının Azərbaycanda yeganə və rəsmi distribyutoru olan Sirena Motors-un salonlarında satışdadır.

Avtomobil həvəskarlarına tanış olan modellərdən biridə BJ40 modelidir. BJ 40 modeli 2015 ci ilin əvvəlində satışa çıxarılıb. Həmin vaxtı modeldən 3 ədəd Azərbaycan alıcılarına təqdim olunub. Avtomobilə olan tələbatı nəzərə alan distribyutor BJ40 modelindən yenə satışa çıxarır. Model fevral ayının axırından satışa çıxarılacaqdır.

Baic markasının X25 modeli artıq bir neçə gündür satışa çıxarılıb. X25 modelinin satış qiyməti 27500 Azn-dir.

Satışa çıxarılan modellərdən biridə M20 modelidir. M20-nin əsas üstünlüklərindən biri avtomobilin 7 nəfərlik olmasıdır. Bu modeli ailə avtomobili adlandırılır. Avtomobilin satış qiyməti 22.000 Azn-dir.

Mart ayının 3 tarixində Baic markasının X25 və BJ80 modellərinin təqdimat mərasimi keçiriləcəkdir. Avtomobillər təqdimat günündən etibarən satışda olacaqdır. Avtomobillərin qiyməti hələki açıqlanmır. X25 modeli artıq sosial şəbəkələrdə şəhər gözəlçəsi ləqəbini qazanıb. Model komplektasiya baxımından çox zəngindir.

Artıq uzun bir neçə vaxtdır ki, avtomobil həvəskarlarının maraq dairəsində olan Baic BJ80 modelidir. Baic BJ 80 Mercedes Benz ilə birgə işlənib hazırlanan avtomobildir. Avtomobil interyer və eksteryer baxımından hər kəsin diqqətini özünə cəlb etməyi bacarır. Elə bu səbəbdəndə avtomobilin təqdimatdan sonra Sirena Motorsun salonunda nümayişi keçiriləcəkdir. Bu təqdimat mərasimində iştirak etməyən şəxslər üçün xüsusi hazırlanmış bir sərgi olacaqdır. BJ 80 və digər modellər haqda həm media nümayəndələrini, həmdə avtomobil həvəskarlarını maraqlandıran bütün sualları Baic avtomobil zavodunun rəhbərliyi və onu müşayiət edən nümayəndə heyyəti cavablandıracaqdır.

Ətraflı məlumatı 1630 nömrəsindən və sirenamotors.az saytından əldə edə bilərsiniz.